Qarabağ

Zumrud_Cavid

  • “Qarabağ”- hər bir azərbaycanlının ürəyində daşıdığı “böyük dərd”dir, “ürək sızı”dır. XX əsrdən XXI əsrə ürəyimizdə daşıyıb gətirdiyimiz ən ağır yükümüzdür “Qarabağ ağrısı”. Məhz bu gün müstəqil dövlətimizin qarşısında duran ən böyük vəzifədir Qarabağ problemini həll etmək.
  •  
  • Hələ qədim zamanlardan Azərbaycan və Türk torpaqlarında “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni daşnakları bugün də öz iyrənc əməllərindən və niyyətlərindən əl çəkmirlər, müxtəlif partiyalar, terror qrupları yaradır və yaratmaqda davam edirlər. Bu partiyalardan, istər “Armenikan”ı olsun, istər “Hncak”ı, istərsə də “ASALA”sı hər birinin başlıca məqsədi türk və azərbaycanlılara qarşı terror fəaliyyəti göstərmək və türk mənşəli etnosların soyqırımını həyata keçirmək, bununla yanaşı “Böyük Ermənistan” dövləti yaratmaqdır əlbətdə ki.
  •  
  • Məhz 1988-1993-cü illərdə Azərbaycanın əzəli, əbədi torpaqlarına hücum etmələri və misli görünməmiş vəhşiliklər törətmələri bu məqsədə xidmət edirdi. İçərisində uşaqlar, qadınlar və yaşlılar da olmaqla 30 min azərbaycanlının xüsusi amansızlıqla qətl edilməsi də,  20 % torpaqlarımızda özününküləşdirmə siyasətinin aparılması da, 1 milyondan artıq azərbaycanlının öz doğma yurd-yuvalarından didərgin salınması da məhz bu iyrənc, terrorçu planın bir praçası idi.
  •  
  • Bugün bütün dünyada terrorizm əleyhinə gedən mübarizənin fonunda bir terrorçu dövlətin qarşısının hələ də alınmaması və törədilən qanlı və amansız müharibənin nəticələrinə göz yumulması Azərbaycan və Azərbaycan xalqının səbr kasasını artıq daşdırır.

Zümrüd Cavid

Standart

Bir şərh yazın