“Pərvanə”


Əgər gedəcəkdinsə,
Axı niyə gəlmisən?
Sən heç gələn deyildin,
Yolamı saldı kimsə?

Baxışımdan, gözümdən,
Kədərləri sayırdın…
Dərdə məlhəm olmusan?
Birini azaltmadın,
Yüzünü artırmısan.

Ömrünü fəda edən,
Pərvanəmi gömədin?
Tez gələr, tez də gedər,
Heç yandıra bilmədin,
Can eşqə onun qədər…

 

Zümrüd Cavid

Advertisements

“Xoşbəxt ola bilmərəm”


Bir cahanın yükün çəkib aparram,
Həsrətin yükünü çəkə bilmərəm.
Dünya sussa dilin çəkib qoparram,
Sən susanda mən dillənə bilmərəm.

İstəsən get, buralarda durma sən,
Heç gözləmə yola sala bilmərəm,
Yaşayaram illər boyu biləsən,
Amma, sənsiz xoşbəxt ola bilmərəm.

Zümrüd Cavid

“Bizim mahnımız”


bizimmahni_6urtifk

Gec gələn sevgimin, gecikmiş eşqi,
Gəlişin gec oldu, səbrim tükənmiş,
Gec qaldıq o addıma, geridə qaldıq
Xəyalın biz qurduq, yadlar yaşadı,
Bizə ögəy gələn hisslərmiş kimi,
Sevginin dillərdən xəbərin aldıq

Bəxtəvər ruhumun, bəxtəvər eşqi
Niyyətin pərişan, arzun bixəbər,
Bizim sirrimizi özgə bilmədi,
Nə sən yola gəldin, nə də mən dilə
Bizim üçün yazılmış mahnını belə,
‘Bizim mahnı’ deyib, yadlar dinledi.

Sarsılmış ruhumun, sarsılmış eşqi,
Ah cəksən dağları olarsan yenmiş,
Gəl tut əllərimi, sil göz yaşımı,
Bəsdir daha bu sevgiyə az deməsinlər,
Getsən buralardan, sən kəs qarşımı,
Sənsiz getdi deyə söz deməsinlər…

Zümrüd Cavid

Qaralama şeir: “Sevmək”


b078803c165629689fa4b4d7c735fe6c_1309367609
Sevmək nədir desələr..!?
Sevmək sənlə rastlaşmaq,
Titrəyən əllərinlə tutmağındır əlimi,
Sevirəm deməyindir o gözəl gözlərinlə,
Ya da ovundurmaqdır o şirin sözlərinlə…
Sevmək qucaqlamaqdır,
Bircə dəfə…
Bir dəfə sarılmaqdır boynuna,
Bir dəfə aldanmamaq,
Bu fələyin oynuna,
Bir dəfə opməyindir,
Bir dəfə qoxlamağın..
Sevmək sən deməkdir,
Bəlkə də sənə həsrət,
Düşündükcə, düşünən,
Bir dəfə gəlişinə…
Gəlişinə sevinən,
Bəlkə də sevmək elə…
Bəlkə də mən deməkdir…!

Zümrüd Cavid

Qaralama şeir “Adsız”


20091228143733885

Ayrıldıq…
……Günlərim keçir beləcə,
gah orda, gah burda,
durğun, sakitcə,
Çırpınan ürəyim,
sığmırdın evə,
indi sığışmısan,
kədərli otağın,
nəmli küncünə.
Musiqin nisgilli,
özün nisgilli,
ürəyim qandadır,
bir bilsən necə…
Sözləşdik, ayrıldıq,
geriyə unutmaq,
qaldı sadəcə…
Unutmaq asandır,
uç günlük bir şey,
sənin aləmində, sənin zənnincə…
Necə unudasan yaşantıları,
sevincli günləri, gözəl anları?
Səni düşündükcə ,
hər saat, hər an
xəyalın əl çəkmir
gündüz, nə gecə….
Unutsan xəbər et,
sən onu bircə,
Qoy bilim unutdun,
sən məni necə….?!

Zümrüd Cavid

“Aldatma”-“Aldanmaz” (Yazar Etibar Salmanovun şeirinə cavab olaraq)


A L D A T M A

Sevirəm mən səni, ay gözəl üzlüm,
Gəl danış mənimlə sən şirin sözlüm.
Sən bax gözlərimə, ay qara gözlüm,
Qəlbim sənə bağlı, de necə çözüm.

Mən sevdikcə sən oyunlar oynama,
Hisslərimi daşdan-daşa sən çalma.
Mən sənə inandım, sən gəl aldatma,
Qəlbimi hey yaralayıb, ağlatma.

Üzün aydan gözəl, qəlbin qap-qara,
Qara gözlərinin aynası qara.
Baxdıqca gözlərinə, dünyam qara,
Saxta baxışların qəlbimə yara.

Yetər bu oyunlar, daha oynama,
Məni oyunlarda sən avam sanma.
Yalan sevgin, saxta gülüşlərinlə
Etibarı gəl bu qədər aldatma.

ETİBAR. 30.06.2015.

ALDANMAZ

Sevirsən sən məni, gözəl üzlüyəm,
Gəl danış mənimlə, şirin sözlüyəm,
Gözlərinə baxan qara gözlüyəm,
Bir az gözəl, bir az da həm nazlıyam.

Qəlbin mənə bağlı, mən sənə bağlı,
Könlümlə oynama, könlüm yaralı,
Hisslərin daşlarda, sevgin haralı?…
İnamın güvəndə, yalan aralı.

Üzüm aydan gözəl,qəlbim aynadır,
Qara gözlərim də sudan sonadır,
Bax sən bu gözlərə dünyan ordadır,
Saxta baxışlardan çox uzaqdadır.

Oyunlar olmasa sevgin sınanmaz,
Sevgidə möhkəmlər avam sanılmaz,
Yalan gülüşlərdə itməz, son almaz,
Yalan sevgilərdə sınmaz, aldanmaz….!

Zümrüd Cavid

Qaralama şeir: “Bİr nağıl”


skazka_7

Bax, yenə gəlmisən, sual verirsən,
Xoşbəxtsənmi, yoxsa deyilsən?
Bunun cavabını sən ki, bilirsən,
Nə xoşbəxt deyiləm, nə də ki, bədbəxt,
Yaşayıb gedirəm, hər gün bəxtə-bəxt.

Mənimlə araya sən sədd çəkirsən,
Qəlbimdə tikanla yuva tikirsən,
Gah gəlib qopmursan, gah əl çəkirsən,
Nədir bu əzabın, bitir, axır et!
Qoy gəlsin cəhənnəm, ya da axirət.

Deyirsən sevirəm, qəlbimdəsən sən,
Könlümün, ruhumun sahibisən sən,
Buradan getmərəm, səbəbi sənsən.
Eləsə, de ki, dur, ya bir az səbr et!
Ya gətir cənnəti, ya da ki, dünyamı sən bir nağıl et…!

Zümrüd Cavid

Qaralama şeir: “Qarabağım”


max-filename-agdaban-72bc524ecbdce77b041d5e46fddbaf4d

Çörəyimiz yalan oldu,
Xoş gününə yanan qonşu,
Pis gününü salan oldu, ar olmadı.
Qara dərdim, Qarabağım!
Saq olmadı, sağalmadı.

Sevincin də talan oldu ,
Gül qoxulu körpələrdən,
Sənə qalan al qan oldu, gül olmadı.
Qara dərdim, Qarabağım!
Saq olmadı, sağalmadı.

Ağrın oldu, dərdin oldu,
Közərdikcə, hey közərən,
Bağrım yandı dağ olmadı.
Qara dərdim, Qarabağım!
Saq olmadı, sağalmadı.

Layla deyən anaların,
Dili döndü ağı dedi,
Heç durmadı, lal olmadı.
Qara dərdim, Qarabağım!
Saq olmadı, sağalmadı.

Ayaq altda qarışqaykən,
Böyüdülər, fil oldular,
Yeridilər üstümüzə ağ olmadı,
Qara dərdim, Qarabağım!
Saq olmadı, sağalmadı.

Sülh dedilər, bir oldular,
Çox getdilər, çox gəldilər,
Çürütdülər, həll olmadı.
Qara dərdim, Qarabağım!
Sağ olmadı, sağalmadı…

Zümrüd Cavid

Qaralama şeir: “Bip-bap”


nocanvas_mutluluk-hakkinda-bilmediginiz-7-gercek-ll8aw

Bax yenə saçları belində,
Bəzəkli çantası da əlində,
Yellənə-yellənə uzaqdan gəlirsən,
Aha bir də ağzında şəkər var?  Var.
Ahh yaa qızım sən ki, uşaq deyilsən.
Budu, yenə tabletin əlində,
Biyyy qızlar tez gəlin də,
Nazlanıb dodağını büzürsən,
Aha əllərini də saçlarına sar, sar.
Ahh yaa qızım sən ki, uşaq deyilsən.
Xexe)) qulaqcığı da yerində,
Mahnısı da bipp-bap dilində,
Hmm playlisti əzbərəmi bilirsən?
Aha oxuyuraa lap bülbül kimi zar-zar
Ahh yaa qizim sen ki, usaq deyilsen…

Zümrüd Cavid

Qaralama şeir: Səssiz


1356936936-683

Küsürsən….. küsürsən məndən,
Deyirsən yoruldum
Bu dərddən, qəmdən.
Bəlkə də çıxıb gedəcəksən sən…
Elə o, sükutla, səssiz-sakit…
Bəlkə də dönərsən
O günlərə sn,
Əgər düşərsəm yadına hərdən.
Bəlkə də keçərsən bu sevgidən sən…
Elə o, sükutla, səssiz, sakit…
Qopmusan, getmisən,
Bu dünyadan sən…
Bəlkə də ölmüsən,
Yoxsan dünəndən…
Elə o, sukutla, səssiz,sakit…
Kim bilir, bəlkə də qəlbimdəsən sən
Özünə yer tapıb,tam ortasında,
Bəlkə də ordaca gizlənmisən sən…
Elə o, sükutla, səssiz,sakit…
Bəlkə də qəlbimi yara etmisən,
Verdiyin həyatı, alıb getmisən,
Bəlkə də düsşünüb,
Bir gün gəldin sən,
Elə o, sükutla, səssiz, sakit…
Deyirlər dünyaya gələndə insan,
Ağlayır, səs salır hey dayanmadan,
Bəlkə də dünyaya səssiz gəlmişə
m,
İndi də sakitcə çıxıb gedirəm…
Elə o, sükutla, səssiz, sakit….

Zümrüd Cavid

Qaralama şeir “Əs”


hqdefault

Əs ey könül əs!
Dəli küləylər kimi,
Nədir bu səbr, bu qərar?!
Bitir, kəs, kəs bu səbrimi kəs!
Qov, qov üzünü-gözünü bulayan,
Saçlarını qov!
Dənizlər qədər gözəl o,gözlərini,
O,gözlərini aç!
Geriyə dönmə!
Dönmə qaç!
Dönmə ki, dünya utansın,
Yalanlar,günahlar yansın,
Yansın, utansın.
Dönmə, durma ki, dünya…
Dünya dönsün-dursun utansın!
Utansın, yansın, dayansın!….

Zümrüd Cavid

Balaca bir şeir parçası


 

Balaca bir şeir parçası……

Şirini acı imiş xatirələrin
Öyrəndik, bildik dada-dada
Sirri yoxmuş, nə söyləsən,
Gəzər-gedər, çatar özgəyə-yada
Sonu yoxmuş məgərsə, 
Bir başlanğıcmış, hər son bu dünyada…

(c) Zümrüd Cavid