“Virtual tanışlıq, yoxsa sosial şəbəkə xəstəliyi?!”


finding_love_social_media

Sosial şəbəkələr və internet həyatımızın önəmli bir parçasına çerilib artıq. Həmçinin də virtual tanışlıq və virtual sevgi. Əvəllər seçim az idi, bir insana könül verib, onu kəşf edər, bir tədqiqatçı alimin seçdiyi problem-mövzuya verdiyi önəm qədər sonuna kimi də onu kəşf etməy istərdilər. İndi seçim çox olub, fərq etməz ölkənin, dünyanın bu başından durub o başında bəziləri demişkən “qız tutub”, “oğlan tapırlar”, seçim çoxdu çünki. Oxumağa davam et

“El nə deyər”


sevgi_57fg

“Xəyal gücü bilgidən daha önəmlidir” (Albert Einstein). Bu aforizmə böyük önəm verirəm. İnsanlar örnəyini bildikləri və gördükləri ilə yaşamağı sevirlər. Örnəyi olmayanlar bəs? Mənə elə gəlir dahi insanların və həyatda düzgün seçim etməyi bacaran sadə insanların tək “sirr”i budur. Məsələn gəlin hələ də sirri açılmayan, mücərrəd anlamda olsa da insanlığın dünyasında böyük önəm kəsb edən “sevgi”dən danışaq: Sevgi bəlli bir örnəkdir. Lakin örnəyi olmayan sevgilər var. İnsanlar “sevgi”lərini örnəyi olan şəkildə yaşamağa üstünlük verirlər, istədikləri kimi yaşamağa deyil. Necə deyərlər “el nə deyər?” Oxumağa davam et

“Ailə və müasir cəmiyyət”


Ailə sosial qrup olaraq, təşkilat şəklində fəaliyyət göstərir və bir sıra vəzifələri icra edir: təsərrüfat, məişət, tərbiyəvi, istehlak, idarəetmə və s. Ailə anlayışı cəmiyyətin uzun tarixi inkişaf prosesində formalaşaraq, bu gün qarşılıqlı hörmət, güzəşt, yardım, dostluq, mehribanlıq, sığınacaq, güvən, inam timsalı kimi qəbul etdiyimiz kiçik sosial qurumdur. Ailə hələ qədim ibtidai icma quruluşu dövründən mövcud olan bir anlayışdır. Oxumağa davam et