“Rəngsiz divarlar” (10)


“Son hissə”

Çiçəklər eşqi gətirə bilər, fəqət eyni şəkildə ölümü də…(“Papatya” adlı koreya filmindən).

rngsiz-divarlar-10

Budur, Əzizim səninlə paylaşdığım ilk hekayəmin sonuna çatdıq. Bir şeyi bil istəyirəm, həyatda hər şey olur, ən ağlımıza sığdıra bilmədiyimiz, əsla özümüzə yaraşdıra bilmədiyimiz hadisələr də gəlib bizi tapa bilir. Amma ömrümüzün uzun və ya qısa olmasından asılı olmayaraq həyat minlərcə hisslərimizin içərisindən seçdiyimiz 3, 5 hissimizlə gözəldir və yaşadığımız tək həqiqət də onlardır. Fərqinə vardığın bütün həqiqətlərini dəyərləndir.

Hekayəmin əvvəlində demişdim, indi bilmirəm hardayam, necəyəm…Sanki bir neçə yol ayrıcı olan yoldayam, amma elə bir yoldayam ki, oradan tablonun ən gözəl parçalarını görürəm. Məsələn, bəmbəyaz papatya ləçəklərindən damcılanan büllur şeh damlacıqlarını…

Günlərlə sərsəm-sərsəm tanımadığım küçələrdə dolaşdığım heç tanımadığım, amma mənə illərdən bəri doğmammış kimi gələn o oğlanı düşündüm. Yolda gəzərkən, marşurutda gedərkən, qatarda,hətta xəyallarımda, hər yerdə onu axtarırdım. İlk dəfə qarşılaşdığımız yolları artıq əzbərə bilirdim. Niyə o mən keçirən hissləri keçirməyib axı? Sadəcə bircə dəfə yenidən görmək istəyirdim. Onun xəyalı mənə yaşam eşqi verirdi, amma bəzən mənasız boşluq qəlbimi elə sıxırdı ki… Bilmirdim ona bəslədiyim hisslərimə nə ad verim. Onu yenidən görə bilmək istəyi Muradın mənə olan sevgisinə cavab verməyimə izin vermirdi. Heç tanımadığım insana sadiq qalırdım sanki. Elə zənn edirdim ki, hər yerdən məni izləyir. İlk səhvimdə məni tərk edib gedəcək. Amma bu düşüncələrin sadəcə axmaq bir xəyal olduğunu bilirdim. Bəlkə o heç məni ayrıldığımız andan ağlından silib. Əlbət ki, bu belə olub…

Onu gördüyüm vaxtdan təqribi 4 ay keçmişdi. Artıq onu bir də görə bilməyəcəyimi qəbul etmişdim. Artıq Muradın mənə olan hissləri barədə düşünmək istəyirdim. Çünki o, mənim ən yaxın dostum, bu həyatda məni gözü kimi qorumağa çalışan tək insan idi. Murad çox qayğıkeş idi. Həm də yaraşıqlı idi. Akademiyada neçə qızın könlü onda idi. Bir gün tam qərara gəldim ki, Muradla danışım. Zəngləşmişdik metronun yanında bir yerdə görüşüb söhbət edəcəkdik. Muradın vacib işi olduğundan görüş axşamüstünə təxirə salındı. Hava alaqaranlıq olanda dar yollarla metroya tərəf gedirdim. Birdən kiminsə arxamca gəldiyini hiss etdim. Əvvəlcə nəzər etmədim. Yolla gedən biridir dedim. Sonra mən yollari döndükcə onun da ardımca gəldiyini açıq-aşkar bəllədim. Lakin yenə də başqa bir şey zənn etmədim. Küçədəki kitab dükanlarının birinə girdim, 5, 6 dəqiqə kitablara baxıb ordan çıxdım. Ümid edirdim ki, artıq həmin arxamca gələn adam yolunu keçib gedib. Bir az getmişdim ki, arxamca yenə gəldiyini hiss etdim, artıq məni qorxu bürüməyə başladı. Adam çox olan yerə çatan kimi çönüb məni niyə izlədiyini soruşmaq qərarına gəldim. Amma küçələrdə adam çox seyrək idi deyə qaçmağa başladım. İlahi! dalımca qaçır…Dayan! Rəssam qız, dayan! Mənə çox yaxınlaşmışdı. Dönüb ona baxanda birdən ayaqlarım dondu, baxışlarım dondu. Bu o idi….Gözlədiyim, həmin oğlan… Bir neçə dəqiqə bir-birimizə donuq halda eləcə baxa qaldıq. Sonra mən sükutu pozdum. Sən… Bəli rəssam qız deyə cavab verdi. Sonra məni xatırladın?  dedi. Xatırladım deyə cavab verdim. Sonra mənə nələr baş verdiyini danışdı. O da mənim kimi, eynən mənim kimi hisslərlə keçirib bu 4 ayı. Dəfələrlə o da məni axtarsa, bu yollarda dolaşsa da mənimlə rastlaşa bilməyib. Bu gün isə ümidsiz-ümidsiz yenə dolaşarkən məni görüb, amma nə deyəcəyini bilmədiyindən sadəcə izləyib, yaxınlaşa bilməyib, lakin mənim qaçıb uzaqlaşdığımı görəndə dayana bilməyib… Bu an Muradın zəngi gəldi, onunla söhbətdən Muradı tamamən unutmuşdum. Qalxıb, getməli olduğumu dedim. Dayan dedi, heç olmasa adını de. Səni bir də necə görəcəm, növbəti təsadüfə ümid bəsləmək istəmirəm. O an elə qəribə hisslər içərisində idim ki. Adımı dedim: adım Nihan. O da mənə heyrətli baxışlarla baxaraq mən də Fərid. Bir-birimizə gülümsəyərək baxdıq. Amma Ata deyirlər bütün dostlar. Ata ? Dostların qəribə ad qoyub sənə. Hər kəsə atalıq edirəm ona görə. Gülərək cavab verdi.  Sonra səsləndi Nihan mənim nömrəmi götür ya da mənə əlaqə nömrəsi ver. Səni tapmaq istəsəm….  Əlbəttə, heç tərəddüd etmədən ona nömrəmi dedim. Axı o mənə çox doğma idi. Onun yanındaykən özümü dünyanın ən təhlükəsiz yerində hiss edirdim. Bütün günahlardan, əzablardan arınmış. Ordan ayrıldım, heç istəməsəm də. Murada “yox” deyəcəymi artıq bilirdim. Muradla görüşüb, qəlbimdə başqasının olduğunu dedim. Murad bunu qəbul etmək istəməsə və mənim qəlbimdə kiminsə olduğuna inanmasa da mən israr etdim və onun da irəlidə bunu anlayacağını düşündüm. Muradla belə danışmaq, onun ümidlərini qırmaq mənə çox çətin idi, amma mənim yanım onun yanı deyildi, mənim yerim bəlli idi…Bəzən belə də olur, ən yaxınlarımız ögəy olur, ən uzaqlar doğmamız.

Bu görüşdən sonra Fəridi həyatımın tam mərkəzinə qoydum. Onunla bütün həyatımı paylaşdım. Elə çox xoşbəxt idim ki, həyatın gec də olsa üzümə güldüyünü, Tanrının məni də xatırladığını, xoşbəxtlikdən pay verərkən məni də unutmadığını düşünürdüm. Fərid möhtəşəm insan idi. O qədər gözəl qəlbə sahib idi ki, onun yaraşıqlı olması onunçun artıq idi. Hər halı ilə sevilə biləcək biri deyirlər ha bax o, Fərid idi. Üçüncü görüşümüzdə çox kədərli idi. Mənə ağır xəstəliyinin olduğunu, amma sağalacağını dedi. Bunun çoxdan bəlli olduğunu sadəcə məni üzməmək üçün deyə bilmədiyini dedi. Ola bilsin bu görüşdən sonra uzun müddət səninlə görüşə bilmədim. Amma məni gözlə Nihan, mütləq gözlə. Sənin üçün sağalacam. Sənin eşqin məni sağaldacaq. Buna inanmaq istəməsəm də Fərid həqiqətən çox xəstə idi. Qara ciyəri tamamilə sıradan çıxmışdı. Uyğun donor isə hələki tapılmırdı. Bu görüş mənə çox pis təsir bağışlamışdı. Fəridi itirməkdən çox qorxurdum. Onu əsla itirmək istəmirdim. Hətta görüşlərimizin davamlı olmasını xahiş etdim. Məni müalicə müddətində özündən uzaqlaşdırmamağını xahiş etdim, amma məni dinləmədi. Əllərimi əllərinə alıb, göz yaşlarında islada-islada gözlərimə baxıb məni çox sevdiyini dedi. Onun bu xəstəlikə mübarizə edəcək tək səbəbinin mən olduğumu dedi. Əslində mənim də xobəxtlik üçün bir tək səbəbim var idisə o da Fərid idi. Ondan ayrılmaq istəmirdim, bunu heç istəmirdim heç…

Həmin gündən sonra sadəcə telfonla, mesajlarla əlaqə saxlayırdıq. Onun müalicəsinin necə getdiyini, hər gün necə olduğunu hər detali ilə soruşurdum. Dəfələrlə telofonuna zəng çatmamışdı, ya da gün ərzində yazdığım mesajları oxumadığı vaxtlar olurdu. Həmin günləri həyatımın ən qara günlərindən olan siyahıma əlavə edirdim. Onun artıq olmadığı qorxusu məni məhv edirdi. Hər belə məyus günün sonunda “Nihan ölümdən döndüm, indi yaxşıyam”, “növbəti əməliyyatdan çıxdım, yaman ağrılarım var”, “Nihan bağışla, bilirəm bunları sənə yaşatmaq haqqım yoxdur” cavabları məni yenidən həyata qaytarır. Sanki Tanrı verdiyi ümidi hər gün təkrar-təkrar alıb, bir də geri qaytarırdı.

Bir gün bir mesaj yazdı ki, “Artıq məni unutmağını istəyirəm, sabah bir əməliyyatım da olacaq, ya yaşayacam ya da öləcəm, amma Nihan ölmək ehtimalım daha çoxdur. Nihan istəmirəm mənə görə həyatın məhv olsun, sənin xoşbəxt olmağını istəyirəm, ona görə sabahdan nömrəmi dəyişəcəm. Səninlə əlaqəni kəsməyə məcburam. Məni bağışla”. Ovuclarında solğun papatya olan foto göndərmişdi. Ardından isə belə yazırdı: “Papatya gizli eşq deməkdir. Nihan isəyirəm irəlidə ailə qurasan, uşaqların olsun. Məni də qəlbində yaşadasan-“gizli eşq” kimi”… Ona yüzlərlə yalvarıb “getmə” dediyim mesaj yazsam da, artıq mesajlarım oxunmurdu. Nömrəyə də zəng çatmırdı. Bir neçə gün kabus kimi, otağımda xəstə yatdım. Artıq nənəm də təlaşa düşmüşdü. Dərdimin nə olduğunu də kimsə bilmirdi. Onun ölmüş olmağı düşüncəsi məni həyatdan alırdı. Ömrüm o qədər mənasız gün, saat, dəqiqə yığnağı kimi gəlirdi ki, mənə. Tanrı niyə məni həmişə sevdiklərimi almaqla cəzalandırırdı? Niyə onları mənə verir sonra bağırda-bağırda alırdı əlimdən? Tanrının görəsən mənimlə dərdi nə idi….? Bir gün qan bağlamış gözlərimlə yuxudan ayılanda mənə Fəriddən zəng  və bir neçə mesaj gəldiyini gördüm. İlahi  əlim, ayağım yerdən kəsildi, qorxa-qorxa mesajları oxudum, İlahi şükür Fərid sağ idi. Əməliyyatın yaxşı keçdiyini, indi-indi özünə gəldiyini yazmışdı. Bu hadisədən sonra düz 4 il Fəridin müalicəsi davam etdi. Mənimlə nə görüşürdü nə də mənə bir foto göndərirdi. Xəstəlikdən arıqladığını, saçlarının ala-tala qaldığını çox çirkin olduğunu, onu belə görməyimi istəmədiyini deyirdi. Tam sağalmayınca qarşıma çıxa bilməyəcəyini deyirdi. Buna baxmayaraq xəyallar qururduq. Gələcəyə çox ümidlü idik, onun görünüşünün mənimçün heç bir önəmi yox idi. Bunu ona da dəfələrlə desəm də, bir xeyri yox idi. İllərlə üzünə, gözlərinə məni həsrət qoydu inadından. Artıq onu hərflərdə sevirdim mən…Amma yenə də çox xoşbəxt idim. Onun var olmağı, eyni şəhərdə nəfəs almağımız mənə bəs edirdi. Yavaş-yavaş sağalırdı, hər gün mənə çəkisini ölçüb yazırdı. Hər qram kökəldikcə elə sevinirdik ki, izah etmək çətindir. Sanki görüşümüzə bir az daha yaxınlaşırdıq. Fəridlə çox xoşbəxt idim. Axır ki, xoşbəxtliyimi tapmışdım, ya da elə zənn edirdim…Sən demə həyatın ən son zərbəsinin elçisi imiş bu eşq, elə bir zərbə ki, elə bir iztirab ki, ölüm onunla müqayisədə məlhəm olacaqmış…

Hər dəfə mənə bədbəxtlik baş versə Tanrını günahlandırırdım, giləylənərdim. Lakin xoşbəxtliyimi əlimdən alan Tanrı deyil pis bəndələr olacaqmış məgərsə. Fərid öləcəyinə inandığı vaxtlarda ən yaxın hesab etdiyi Samir adlı dostuna mənim haqqımda danışır və nömrəmi bir də içərisində məktub və xəstə dönəmlərdə çəkdirdiyi və mənə göndərməyə cəsarəti çatmadığı son fotolarını qoyduğu zərf verir. Əməliyyatdan sağ-salmat çıxdığına görə o məktub mənə gəlib çatmır. Çox şükürlər olsun ki, məhz belə olmuşdu. Lakin Samir çox sevdiyi qız tərəfindən vaxtıykən aldadıldığına görə qızlara, onların sədaqətinə inanmır. Hələ də Fərid ona hər dəfə mənim sədaqətimdən danışarkən qəzəblənirmiş. Fəridə dəflərlə mənə güvənməməsini deyir. Bir gün nömrəmə tanımadığım nömrədən mesajlar gəlməyə başladı, kim olduğu ilə maraqlandım, tanımadığım biri olduğuna görə artıq cavab yazmadım. Mənim Fəridi heç vaxt aldatmayacağıma əmin olsa da bir vaxtlar sevdiyi qızın acığını məndən çıxmaq qərarına gəlir. Mənim nömrəmdən bir şəkildə saxta yazışma hazırlayır. skrinlər şəkilində bunları Fəridə görsədir. Fərid buna inanmır. Çox dilə tutur Fəridi. Ən yaxın dostuna inanmırsan, amma bir neçə ildir tanıdığın, 3 dəfə görüşdüyün qıza inanırsan. O səni aldadır. Bəlkə də sənin bu yazıq halınla lağ edir. Bəlkə də sənə yazığı gəldiyi üçün səninlə əlaqəni kəsmir. Amma başqaları ilə də danışır. Bəlkə də görüşdüyü də var. Və ən pisi isə sənin sevdiyin qız mənimlə telefonda gecələr gecə söhbətləri edir. Mənə gizli nömrə ilə zəng edirdi. O gün həmin gizli gələn nömrəni yönlədirmişəm ev telefonuna gələn zənglər siyahısını çıxartdırmışam. Siyahını Fəridə görsədir. Fərid bu haqda mənə yazıb soruşur, qərara alıbmış ki, doğurdan dostu ilə danışmış olsam və bunu etiraf etsəm məni bağışlayar. Lakin mən heç onun dostunu tanımadığımı dedim əlbəttə ki, bu nə axmaq zarafat idi? Anlamırdım. Heç tanımadığım insan mənlə niyə belə oyun oynayıb, nəyin intiqamını alsın ki? Bizi bu yalan oyunla məhv edir. Fərid ona yazığım gəlmək yalanına və onu ələ saldığıma inanır. Ona bu cəfəngiyata necə inana bildiyi haqqında çox dil töksəm də, nələr yazsam da, zənglər etsəm də artıq mənə inanmırdı. Bu dəhşət idi. Fərid, həyatımı bağladığım insan mənə inanmırdı. Bilirsiz bu necə hissdir. Cəhənnəm əzabı bəlkə bundan güngül gələrdi. Ən yaxnım sandığım insana göz yaşlarımla yazıram-yazıram cavab vermir. Sonra bir müddət sonra “Nihan səni təhqir etmək istəmirəm, baxmayaraq ki, buna layiqsən, amma daha yazma mənə, bəsdir məni alçaltdın. Artıq bu hərəkətlərinə dözə bilmirəm. Mənə çox pis təsir edir. Sağlamlığıma ziyan vurursan. Bəsdir daha Nihan”…. Samir dəfələrlə mənə desə də inanmadım, hətta onu qovmuşdum, amma həqiqət imiş. Bu yazdıqlarından sonra sadəcə “Çox saq ol” yaza bildim. Başqa heç nə faydasız idi mənə güvənini itirmiş ya da heç vaxt güvənməmiş birinə dil tökmək. Fəridin mənim üçün belə bir əzaba çevriləcəyinə inana bilməzdim. Qəlbim qan ağlayırdı. Dözə bilmirdim. Sanki hər şey yalan idi. İstəyirdim Fərid bir şəkildə mənə inansın, amma bundan sonra belə onu bağışlaya bilməzdim ki….Sadəcə ədalət istəyirdi qəlbim, bu haqsızlığa, bu iyrənc oyuna dözə bilmirdi. Bir gün səhər erkən evdən çıxdım. Gecələri yata bilmirdim, səhər də evdə dura bilmirdim. Özümə yer tapa bilmirdim. Fəridlə ilk qarşılaşdığımız yerə getdim, yolları gəzirdim yenə. Düşünürdüm ki, indi burda yanımda olsa, gözlərimə baxsa yenə mənə inanmaz? Deyil ona xəyanət etmək, belə bir şeyin ağlımın ucundan da keçirtmədiyimə inanmaz? Göz yaşlarım məni boğurdu, ürəyim parça-parça…Belə ola bilməzdi. Heç cür buna anlam vere bilmirdim. Sanki məni su ilə dolu dərin quyuya atıb, səsim çıxmasın deyə ağzını da möhkəm-möhkəm bağlamışdılar. İçimdən bağırsam da kimsə eşitmirdi. Heç kəs mənə yardım edə bilmirdi, heç kəs… Budur yenə Tanrı köməyimə çatır…

Yolu keçərkən, dalğın-dalğın, göz yaşlarımı silə-silə sürətlə gələn avtomobili görmürəm….Bu an nə isə içimi parçaladı elə bil, bir neçə saniyyədə sükan arxasındakı sürücünün baxışlarını, hündür ağacın qurumuş, qıvrılan budaqlarını bir də zibil yeşiklərindən yemək toplayan yoxsul qadının çırıq, yamaq çəkmələrini gördüm. Gözümün önündən dolu-dolu damlayan qanları görürdüm, bu vaxt başımı kimsə ovuclarına alıb yana çevirdi. Nihan, balam, gül qızım…Ana? Anamı görürdüm. Niyə gəldin? Axı səninçün hələ tez idi, niyə gəldin Nihan? Ana mən ölürəm? Anam heç bir söz demədən sadəcə ağlayırdı. Bu an gözlərim səkidəki papatyalara toxundu. Bəmbəyaz ləçəklərindən büllür kimi şeh damlayırdı, amma birdən şeh damcıları qana çevrildi. Mənim qanım idi hər yana sıçramışdı. Anam əlimdən tutdu, gedək Nihan dedi, geri baxdım orda, mən orda qalmışdım. İnsanlar ətrafıma toplaşmışdı. Cəsədimi yerdən qaldırır, məni xərəyə qoyurdular. Bir də Fəridi gördüm, ağlayırdı…..Mən isə onunla qurduğum xəyallarımla gedirdim…

Nihan: O gün sport gödəkçəmlə getmişdim kursa, camaat mənə çəp-çəp baxırdı ))
A’ta: Dəlisən də
Nihan: Evdən bezbilet qaçanlara oxşayırıdm,  canım mənasız gəlir bəzənmək, bilsəm ki, səninlə görüşəcəm bəzənərəm, belə nəyimə lazmdır. Həm daha qocalmışam, ancaq kitab oxumaq vaxtıdır indi, gənclik etmək vaxtı deyil )
A’ta: Hə yaxşı ))
Nihan: Bilirsən nə istəyirəm? İsti bir komamız olsun, çoxlu kitablarmız, isti çayımız çörəyimiz, şokaladımız və qəhvəmiz olsun yaşayaq özümüzçün )
A’ta: Cannn
Nihan: Balaca həyətimiz olsun, bağça edək oranı, gül əkək, dipçək qoyaq, bir tağ pomidor, bir tağ xiyar, göy-göyərti əkək. Balaca bir pəncərəmiz olsun, bağcaya açılan. Soyuq qış günündə isti çay dəmləyək oturaq pəncərənin qabağında şokaladla çay içək, mürəbbəylə də olar.
Nihan: Pişik də saxlayarıq ))
A’ta: Kənddə yaşayaq gərək onda.
A’ta: İnək də saxlayarıq )))
Nihan: Nə fərqi var? hara olur olsun.
Nihan: İnək saxlasaq gərək bağçamız bir az böyük olsun.
A’ta: Böyük olar.
A’ta: Qoyun da saxlayarıq
Nihan: Olsun, saxlayarıq, mən razıyam.
Nihan: Soxulcan da saxlayarıq.
A’ta: ?
Nihan: Arada balıq tutmağa gedərik )))
Ata:
Nihan:
A’ta: Qəşəng krisalar saxlayarıq zirzəmidə 
Nihan: Saxlayarıq da, nə olar ki, onlar da canlıdır
A’ta: Nihan, sən möhtəşəm birisən!

Musiqi linki….. https://www.youtube.com/watch?v=ENspWT3STpY

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma