“Rəngsiz divarlar” (9)


 

“IX hissə”

O gün… fikirli-fikirli gedirdim, yolu keçməli idim. Birdən anladım ki, deyəsən yolu səhv gəlmişəm, harada olduğumu bilmirdim, burnuma torpağın qoxusu gəlirdi, gözlərimi açanda baxışlarım yerdən göyə nəzər salırdı. Budur çoxdan tikilmiş bir binanın divarındakı mamırları görürəm, çox gözəldir, əvvəl heç fikir verməmişdim, hələ yolun kənarına düzülmüş qızılı rəngli saxsılardan boylanan o çiçəklər nə gözəldir, günəşin şüaları altında bir-birinə gülərək eşqlərini elan edirlər sanki….

gokkusagi-22-1301768744Akademiyada sonuncu il…. Burda oxuduğum müddətdə Murad həmişə yanımda idi, həmişə məni qoruyurdu, hətta gərək olmadıqda belə məni yalnız qoymazdı. Bu illlər ərzində hər kəsinki kimi sakit tələbəlik həyatım olmadı, çətinliklər, intiriqalar, mənasız mübahisələr, yalan xəyanət məndən əl çəkməmişdi.  Bununla yanaşı dostlar da qazanmışdım. Onlardan ən yaxını və ən dəyərlisi əlbəttə ki, mənə az qala valideyn qayğısı göstərən Murad idi. Məni bir an tək qoymazdı. Deyəsən nənəmə verdiyi sözə həddindən artıq aludə olmuşdu. Hərdən bezdiyim də olurdu bu qədər məni qorumağa çalışmasından. Belə günlərdən biri idi. Muradın dərsi uzanmışdı. Onu gözləməyimi mənə tənbihləsə də bir az tək başına çıxıb  şəhəri gəzib sonra  evə getmək istədim. Bir az düşünmək istəyirdim. Təklik mənə xoş gəlirdi, özümlə söhbətləşirdim sanki. İnsanlardan həmişə qaçmağa çalışan bir qızın ətrafında daim onu qorumağa çalışan birinin olması nə qədər xoş hal olsa da bir o qədər sıxıcı idi. Bilmirəm bəlkə bu tənhalığımı sevdiyim üçün idi, bəlkə də başqa bir şey var idi. Beləcə düşünə-düşünə gedirdim, tanımadığım yollarda gəzmək həmişə xoşuma gəlirdi, gəzə-gəzə gəlib hara çıxdığımı bilmirdim, binaların arası ilə hərəkət etdiyim üçün şəhərin hansı səmtində olduğumu da bilmirdim. Bir neçə saat idi ki, piyada gəzirdim, yeni-yeni insan üzləri görür, binaların quruluşuna baxır, maraqlı detalları ağlıma yazırdım. Bu vaxt bir oğlan yaxınlaşıb, bağışlayın xanım, bilmirsiz burada “Seymur studio” hardadır? Səhərdən gələ -gələ o qədər yer adı oxumuşdum ki, Seymur adlı da nəsə görmüşdüm, deyəsən elə mən də o tərəfə qayıdırdım. İrelidə olmalıdır, mən də o tərəfə gedirəm gəlin görsədərəm deyib yoluma davam etdim. Burada yaşayırsız xanım? İlk sualı bu oldu, bir xeyli yol gəlmişdik, artıq söhbətin ən şirin yeri idi ki, mən birdən yol boyu heç yerə baxmadığımın fərqinə vardım. Aman Allah deyəsən biz siz getmək istədiyiniz yeri keçdik artıq deyib ayaq saxladım. Sonra bir az geri qayıtdıq. Qayıdarkən yenə heç yerə baxmaqdıq. Sonra artıq ikimiz də studiyanın yanından keçib-keçmədiyimizi bir-birmizə deməyə çəkinib, bəlkə bu ara yola da baxaq deyib yolumuza davam etdik.
Budur növbəti yolu başa vurduq və yenə heç yerə baxmadıq. Bu zaman bir-birimizə baxıb gülməyə başladıq. Xanım deyəsən heç siz də mənim kimi buraları yaxşı tanımırsız. Yox tanıyıram əslində. Men burda oxuyuram. Burda harda ADRA.da. Aha rəssamsınız deməli həm də. Amma ora axı Nərimanovdadır. Bura haradır bəs? Gənclik metrosuna yaxınıq. Bir də gülməyə başladıq. Evə getməkçün metroya düşdük. Mən Elmlərdə düşdüm o da mənlə düşdü. Buralarda bir işim var idi elə, səni də ötürərəm. Metrodan çıxdıq. Bu vaxt ona zəng gəldi. Təcili qayıtmalı oldu. Mənlə sağollaşıb getdi….
Həmin gün çox xoşbəxt idim. Sanki dünya bir yanda mən bir yanda idim. Nənəmin və Muradın danlamasına baxmayaraq içimdəki xoşbextlik vulkanı püskürmüşdü sanki. Hər şeyi, hər kəsi xoş niyyətlə qarşılayırdım. O gecə ancaq onu düşündüm, səhərə kimi yata bilmədim. Tez-tez pəncərəyə çıxıb havanın nə vaxt açılacağını gözleyirdim. Sanki səhər açılan kimi onu təkrar görə biləcəm. Ona dediklərim, onun mənə danışdıqları,təbəssümü, ala gözləri fikrimdən çıxmırdı…
Səhər açılanda zülümlə yuxudan durdum, çox yorğun idim. Gözlərimi açanda bəzi gerçəklər ağlıma gəldi. Onu bir də görə bilmək şansımın çox az olduğunu anladım, hətta rastlaşsam belə nə olacaq ki?… Günlərlə pərişan gəzdim, fırça əlimə yatmırdı, pəncərənin önündə hey durub baxırdım, baxırdım və yenə də baxırdım. Hələ 5 dəfə soyuyub deyə dəyişib-dəyişib içmədiyim çayları demirəm, xətləyib cırıb atdığım vərəqləri demirəm. Hər səhər duranda da 1 saat aynanın önündə makiyaj edib sonra vanna otağına keçib yuyub, çıxırdım evdən…

Bir gün emalatxanada çalışanda çantamın üstündə bir məktub tapdım:

«Eziz Nihan, heç bilmirəm sözə necə başlayım. Bilirəm bəlkə də qınayacaqsan və bağışlamayacaqsan, amma artıq özümlə bacarmıram. Nihan, mən sənə qarşı başqa cür hisslər yaşayıram. Necə deyim, səni hər an itirməkdən qorxuram, artıq akademiya da bitir….Səni itirmək qorxularını fikrimdən ata bilmirəm, yanında ola bilməkçün olan bütün bəhanələrim bitir artıq. Səndən uzaqlaşmaq istəmirəm. Mənə bir bəhanə ver Nihan yanında olum, ya da bəhanəsiz yanında ola biləcəyim bir şey ver. Mən sənə aşiqəm Nihan»…..Murad.

Oxuduğuma inanmaq istəmirdim, Murad, ən yaxın dostum mənə aşiq imiş… Belə bir durumda nə etməli olduğumu bilmirdim. Murada çox şey borclu idim, amma mən onu dost kimi görürdüm, heç vaxt ağlımdan başqa hisslərə qapılmaq keçməyib ona qarşı. Bir müddət Muraddan uzaq gəzdim, bilirdim məndən cavab gözləyirdi. Mənsə… mənsə nə? Yoxsa cəmi bir dəfə bir neçə saatlıq gördüyüm, heç adını belə bilmədiyim bir insandan, ondan cavab, bir işaret gözləyirdim. Heç olmasa bir dəfə də görmək istəyirdim, sanki o gün məni məndən alıb getmişdi, görsəm məni ondan alıb qaytaracaqdım..

Eşq, insanın içini isidən bu kəlmə…  yağışdan sonra görsənən göy qurşağı kimidir bəzən. Hər zaman görmək nəsib olmaz. Çox gözəldir, rənga-rəngdir, həqiqi həyat kimidir. Yağışın elçiliyindən sonra görsənən körpü kimi, amma nə göyü yerə, nə də yeri göyə birləşdirə bilməyən körpü…

 

Zümrüd Cavid

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma