“Rəngsiz divarlar” (8)


“VIII hissə”

Kimisə sevməyin sadəcə sənin üçün əhəmiyyətlidir. Biz özümüzçün sevirik…

black-and-white-boy-boys-couple-favim-com-2576743

…Nöbəti qorxunc və çıxılmaz anlarımı yaşayırdım. Arif görəsən nə düşünürdü? Bəlkə, ona elə gəlirdi ki, bir ovuc sevgisi ilə ömrü boyu görmədiyim qayğı və sevginin əvəzini verə bilər? Bəlkə də mənim hisslərimin onun üçün heç bir əhəmiyyəti yox idi. Sadəcə öz arzularını reallaşdırmaq istəyirdi. Həyatımızda tez-tez etdiyimiz axmaqlıqlardan biri də budur axı, sevgimizi sevdiylərimizə sərki vermək. Öz xoşbəxtliyimiz üçün nələrdənsə imtina edib, sonra sənin üçün etdim, amma sən qədrini bilmədin deyirik. Özümüzçün etdiylərimiz bizim üçün başqası üçün edirmişik kimi gəlir, ya da belə özümüzü aldadırıq. İçimizdəki eqoizm hissi bizdən heç vaxt əl çəkmir.

…Qollarımdan tutub yalvarırcasına baxışlarla mənə baxırdı. Arzularım bahasına arzusu olmağımı istəyirdi məndən. Mənim ol deyirdi. O, an bir qızın özünü heçdən də heç hiss etdiyi andır. Ondan qollarımı buraxmasını istədim, əlindən qopmaq istəsəm də alınmırdı. Mənim ol, heç olmasa bu gecə….Məhv olurdum ağzından çıxan hər sözdən sonra. İçkili olduğunu, sonra etdiklərinə görə peşman olacağını dedim. Mən sərxoş deyiləm deyirdi.Məni qucaqlayıb, bərk özünə sıxdı, sonra öpməyə çalışdı. Bu an artıq çığırmağa başladım. Ağzımı yummaq istəyərkən ayağı stola ilişib yıxıldı. Özü ilə məni də yerə çəkdi. Onu söyməyə başladım. Məndən əl çəkməsini istədim, hətta yalvarıb xahiş etdim, evə getməli olduğumu dedim, amma qulaq asmırdı…Bəs məni sevirdin axı, niyə bunu mənə edirsən deyə çığırırdım (başqa əlacım qalmamışdı). Eeeee bəsdir özünü ağıllı qız kimi apardın, ananın pozğun olduğunu bilirəm, anan pozğundu sən də pozğunsan!!! Bu sözləri deyərək mənə bir sillə vurdu. Nə hiss etdiyimi belə xatırlamıram. Sadəcə dediyi sözləri birə-beş özünə qaytarırdım… Elə bilirdin bilmirəm? Nigar hamısını danışıb, bütün Akademiya səndən danışır. Vurduğu sillə dediyi sözlərin yanında məlhəm idi. Sanki yarama şüşə qırıntıları basırdılar… Canım yanırdı…çox canım yanırdı…Məni saçımdan və qolumdan tutub yerdən qaldırmaq istəyirdi. Mənsə var gücümlə çığırırdım. Bu vaxt qapı açıldı… Murad içəri girən kimi Arifi yumruqlayıb yerə sərdi. İkisi də çığır-bağır salmışdı. Arif də qalxıb Murada vurmaq istəsə də içkili olduğundan bacarmadı. Murada işinə qarışmamasını, rədd olub getməsini deyirdi. Murad Arifi yerdən qaldırıb yumruğunu sıxıb vurmaq istəsə də vurmadı, yerə itələyib mənə tərəf çevrildi. Bu vaxt mən qapıdan qaçaraq çıxırdım. Heç nə anlamırdım. Heç kimi gözüm gürmürdü, yalnız qaçıb uzaqlaşmaq istəyirdim, anama qaçırdım…ana bağışla məni, bağışla ana…..Murad arxamca qaçırdı. Nihan! Nihan! Gözlə Nihan! desə də ona məhəl qomadan qaçırdım. Muradın niyə arxamca qaçdığını bilmirdim. O qədər qorxmuşdum ki, bilmirdim nə edəcəm. Qaçmaqdan nəfəsim tükənmişdi, artıq çox gec olduğundan yolda gözə marşurut dəymirdi… Maşınlar var idi..İşıqları…Səslər…işıqlar…

Səhər gözlərimi klinikada açdım. Nənəm başucumda idi. Əvvəlcə nə baş verdiyini anlamadım. Həkim otağa girdi. Hə qızımız özünə gəldi deyəsən. Nənəm əllərimdən möhkəm-möhkəm tutmuşdu. Nihan, məni çox qorxutdun… Elə bildim…elə bildim anan kimi sən də məni tək qoyub gedirsən. Sənə bağlanmaqdan buna görə qorxurdum Nihan! Qorxurdum ki, çıxıb gedəcəksən. Anan kimi… Anan iki dəfə çıxıb getdi. İki dəfə yalnız qoydu məni… Sən də….qoxuram Nihan…! deyə göz yaşları tökürdü. İndi nənəmi daha yaxşı başa düşürdüm. Həyatda sevməyin qorxunc tərəflərindən biri də bu deyil? İtirmək… Canından can qatdığın insanı itirmək…

…Gecə qaçıb-qaçıb, dərin sarsıntıdan və şokdan özümdən getmişəm. Məni Murad xəstəxanaya gətirib. Nənəmi də o çağırıb…

O gündən sonra Murad nənəmə söz verdi ki, Akademiyada mənim qayğıma qalacaq. Bunun gərəkli olmadığını desəm də, tərsləndim və Murad akademiyada rəsmi olaraq özünü mənim qoruyucu mələyim elan etmiş kimi idi…Bunun qarşılığında da yaxın dostu Ariflə qarşı-qarşıya gəlmiş oldu.

Nigar mənə xəyanət etmişdi, Murad Arifə. İki xəyanətin arasında belə nə qədər təzad var idi…

Hər kəsdən gizlətdiyim gerçəyimi, “rəngsiz divarlar” faciəmi, baki saxlamağa çalışdığı acılarımı, kədərimi kimlərsə öz məqsədləri üçün alətə çevirdi. İnsanların nə qədər riyakar və saxta ola biləcəyini onda anlamışdım…

Zümrüd Cavid

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma