“Rəngsiz divarlar” (7)


“VII hissə”

Bilirəm hekayəni can dərdi oxuyursan, yaxşı ki, mən uşaq ədəbiyyatı və ya dərslik yazmıram. Amma yazmağı sevirəm, sevə-sevə oxuya bilmirsənsə oxuma, vaxtını bu hekayəyə sərf etmə, sevdiyin işi gör. Bilirəm, oxuduğun bütün hekayələrdə sevgiyə də toxunulub. Başqaları üçün sevgi nədir bilmirəm. Kitablarda da bu haqda çox oxumamışam. Bir şey etiraf edim, mən əslində bədii kitablar oxumağı heç sevmirəm. Amma vaxtım olsaydı ancaq kitab oxuyardım,bunu da bil.  Vaxtı çatanda  bədii kitabları da oxuyacam. Ən azından indi heç bir yazarı təqlid etmədiyimi bilirsən. Bəli, sevgidən danışırdıq. Mənim üçün sevgi həyatın özüdür. Bəziləri sevgini sadəcə xoş və yaxşı əməllərlə bağlayır və beləcə sevgini nifrətdən ayırırlar. Fəqət sevgi olmayan yerdə nifrət də mövcud olmur. İnsanlar bəzən həyatlarında tək nəyisə və ya kimisə sevməkdən danışır. Bəziləri dində axtarır bu sevgini, bəziləri digər cinsin nümayəndəsində, kimlər isə elmdə, kimlərsə peşəsində və s. Sevgi azaddır deyirlər, ona görə tək bir şeyi seçib sevə biləcəyin digərlərini həytından əksiltmə. Məsələn, dini elmlə birgə sevə bilərsən məncə. O ki, qaldı həyat yoldaşını necə seçəcəyini bilmirsənsə bir şey deyim, ağlına, gözəlliyinə, kübarlığına vurulduğun insanı seçmə. Səni tamamlayan, sən “sən” olduğunçün gərilmədiyin insanı seç. Çünki belələri həmişə peşman olur. Yəqin çox rastlaşmısan “özünü kübar görsətmişdi”, “gözəlliyinə aldanmışdım”, “elə bilirdim ağıllıdır” kimi heyfislənmələrlə…. Nəysə ki, deyəsən çox danışdım. Qoy bir az da Nihan danışsın öz sevgi hekayəsindən. Hə bir də öz bildiyini et, məsləhətlərə çox da baş qoşma. Səhv etmiş olsan belə öz həyatınla bağlı qərarları özün ver. Yoxsa həyatının sahibi sən ola bilməyəcəksən.

 large

…Artıq sizin də təxmin etdiyiniz kimi Rəssamlıq Akademiyasında oxuyarkən başıma gələnlərdən yazacam. Akademiyada oxuduğum illərdə çox şeylər gördüm, paxıl qızlar dəstəsi, xəyanətkar rəfiqə, haqsızlıq gördüyüm çox sayda müəllim, qiymətləndirmədə səhlənkarlıq, yuxusuz gecələr və ən əsası sevdiyim o insanın…

Bəli Akademiyada oxuduğum zaman həqiqətən də çox dəyişdim. Buna məni insanlar məcbur etdi. İlk dərs ilimi yaxın rəfiqəmin xəyanəti ilə başa vurdum. Əslində soyuqqanlı olmaqdan əl çəkməmişdim, buna baxmayaraq hər kəsin xor gördüyü, Akstafa rayonundan olan bir qız vardı. Çox sakit qız idi. Eynən mənim kimi, amma bəzən görürdün ki, deyib gülür, yersiz çıxışları və yöndəmsiz hərəkətləri ilə qrup yoldaşlarının məzə obyektinə çevrilmişdi. Mən onu başqa cür görürdüm amma, mənə elə gəlirdi ki, eynən mənim kimidir. Sadəcə ətrafdakıların ona münasibətindən o qədər çalpaşıq düşür ki, nə dediyini nə etdiyini qarışdırır və nəticədə gülünc hala düşür. Onu qorumaqçün ona yaxınlaşdım. Düşünürdüm ki, kiminləsə ünsiyyətdə olsa özünə güvən qazanar və başqalarının necə düşünəcəyinə fikir vermədən özü ola bilər. Haqlı idim. Onunla rəfiqə olduqdan sonra artıq digərləri də onu olduğu kimi qəbul edirdi. Lakin o mənə xəyanət etdi. Daha doğrusu mən onu qorumağa çalışdığım halda o öz məqsədinə çatmaq üçün Akademiyada mənim adıma şaiyələr yaymağa başladı. Akademiyada 3-cü kursda oxuyan yaraşıqlı bir oğlan var idi. Mənimlə maraqlandığını hiss etmişdim. Həmişə dərs otaqlarında rəsm işləyərkən mənimlə qalar, heç bir dərsi olmadığı halda onun bunun portiretni çəkər bu arada da mənim də bitirib, çıxmağımı gözlərdi. Soyuq olduğumçün yaxınlaşmağa əsla cəhd etməzdi. Məndə də kiçik bir maraq oyanmışdı ona qarşı. Günlərin birində Nigar mənə həmin oğlanı istədiyini və oğlanın da onla maraqlandığını, ona görə bizim otaqlarda rəsm çəkdiyini dedi. Bunun yalan olduğunu bilirdim. Çünki Arif Nigar olamayanda da o otağa gəlirdi və mənə tuşladlğı baxışlarını Nigar da görməmiş deyildi. Onsuz da Arifdə heç bir marağım yox idi. Sadəcə Nigarın mənim üzümə riyakarlığı pis təsir etmişdi, amma onu anlamağa çalışmışdım. Çünki insan aşiq olanda nə etdiyini bilmir deyirlər. Bir gün dərsdən qayıdarkən Nigar mənə Arifə hisslərindən danışmaq istədiyini dedi. Səhərisi gün dərsdən ağlaya-ağlaya çölə çıxdı. Ardınca icazə alıb çıxdım və Arifin onu sevmədiyini  başqa qızı istədiyini dediyini öyrəndim. Nigar çox üzgün idi. Nə deyirdimsə onu sakitləşdirə bilmirdim. Mənə elə nifrətlə baxırdı ki, Arifin kimi istədiyini ona dediyi gözlərindən bəlli idi. Özümü çox günahkar hiss edirdim. Niyə axı mən belə axmaq bir durumun içinə düşmüşdüm. O hadisədən sonra Nigar məndən uzaqlaşdı. Əvvəllər onunla lağ edən qızlarla yaxınlaşmışdı. Ona yaxınlaşmağa bir neçə dəfə cəhd etsəm də məni bir bəhanə ilə başından eləmişdi. Bu arada da Arif hər gecə arxamca düşür, məni necə sevdiyini, vurulduğunu, gözü başqasını görmədiyini deyirdi. Dəfələrlə rədd etməyimə, arxamca gəlməməsini bəzən kobudca bəzən xahiş edərək deməyimə baxmayaraq məni rahat buraxmırdı. Artıq çox bezmişdim. Nə edəcəyimi bilmirdim. Hələ qarşıda 3 ilim var idi və mən indidən problemlərin içində üzürdüm. Bir müddət sonra Arif dalımca gəlməməyə başladı. Akademiyada özümə yer tapa bilmirdim. Hansı tərəfə dönsəm kimsə nəsə söz atırdı, “sən demə nə imiş”, “özünü də ağıllı qız kimi göstərirdi”, “bizə pozğun deyənə bax”, “anasının balası”….. Nə demək istədiklərini anlamırdım. Bir qızla ayaq yolunda “anasının balası” sözünə görə saç yolduya çıxdım. Bizi ayırmağa müəllimlər, nəzarətçilər gəlmişdi. 2, 3 ay bu söhbətlər gəzsə də mən mənə göstərilən bu münasibətin səbəbini anlamırdım. Nəhayət bir gün…. Arifin dostunun bir emalatxanası var idi. Evində şəraiti olmayan və smestrçün işlərini bitirə bilməyənlər həmin emalatxanada gec saatlara qədər işləyərdi. Elə mən də… Belə günlərin birində nədənsə hər kəs işini tez qurtarıb emalatxanadan getdilər. İşim bitmədiyi üçün mən bir az da qaldım. Emalatxana Muradın idi. Ariflə dost olmasına baxmayaraq ondan tamamilə fərqli idi. Çox mehriban və mədəni oğlan idi. Ona görə çəkinmədən emalatxanada gedib rahat işləyə bilirdim. Buna baxmayaraq yenə də təklikdən qorxu məni basdı. Tez alətlərimi yığıb, əllərimi yuyub çıxmaq istəyirdim. Bu vaxt içəri Arif girdi. Salam verdim və çıxacağımı dedim. Bir söz demədən asta-asta mənə yaxınlaşdı. Nihan….Niyə məndən qaçırsan? Mənə yaxınlaşıb qollarımı tutdu. İçkili olduğunu anladım. Əllərim əsməyə başladı. Onu itələdim, yerə yıxıldı. Qapıya tərəf getmək istədim, tez qalxıb məni tutdu  və məni hər cürə qəbul etdiyini, Akademiyanı bitirdikdən sonra evlənməyə belə razı olacağını deyirdi. Axmaqlayırdı….amma daha dəhşətlisi sonra başladı….

Zümrüd Cavid

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma