“Rəngsiz divarlar” (6)


“VI hissə”

Arzulardan əl çəkdiyimiz an onlar doğrulmağa başlayır. O zaman da öz əhəmiyyətlərini itirmiş olurlar. Heç vaxt əl çəkəcəyin nələrisə arzulama.  

r1…Budur artıq Bakıda nənəmin qaldığı ünvana çatmışıq. Nənəm demək olar ki, şəhərin mərkəzində yaşayır. Evini də bəlli etməsəm də çox bəyənmişdim. Ən azından ucqar kənd evində yaşadıqdan sonra bura mənə cənnət kimi görünürdü. Gələrkən insanlar elə qəribə-qəribə baxırdılar ki, amma onların maraqlı baxışları nədənsə məni heç narahat etmirdi. Həyata qarşı o qədər laqeid idim ki, insanların mənə münasibətinə hisslərimlə belə cavab verə bilmirdim. Nə isə evə çatdıq, yerləşdik. Bir həftə boyunca nənəm demək olr ki, məni başdan-ayağa dəyişib, yeni geyimlərlə təmin etmişdi. Yəqin kəndli nəvəsinin onu orda-burda utandırmasını istəmirdi. Növbəti həftə şəhərdə necə yaşamaq lazım olduğunu öyrətməyə başladı. Hey öyrədir, məsləhətlər və nəsihətlər verirdi. Bir gün mənim susmağıma baxmayaraq yenə də mənimlə söhbət edirdi. Artıq 17 yaşım olduğunu və bir sənət sahibi olmalı olduğumu dedi. Mənim bu həyatda tək olduğumu və o da bu dünyadan köçdükdən sonra daha da tənha qalacağımı bildirdi. O vaxt çatdıqda özüm öz ayaqqlarım üstündə durmalı, tək başına yaşamağı bacarmalı idim. Əslində haqlı idi, amma mən onuz da yetim və tənha idim bu illər boyunca….. Nənəm bir gün gəldi dedi ki, məni rəssamlıq kursuna yazdırıb. İlk öncə anlamadım. Sonra mənim çəkdiyim rəsmləri gördüyündən bəhs etdi və çox istedadlı olduğumu, gələcəkdə böyük rəssam ola biləcəyimi dedi. Bu dəfə nənəm məni təəccübləndirmişdi. Daha doğrusu donmuş hisslərim. Çünki qorxu ilə dolu həyacan basırdı məni. Bu hissləri illər öncə Məhərrəm əminin məni məktəbə aparacağı ilk gün üçün keçirmişdim. Yenə də həmin gecə kimi səhərə qədər yata bilmədim. Səhər isə kursa getməkdə tərəddüd edirdim. Gecə ağlımda canlandırdığım bütün xəyallar səhər mənə süst görsənirdi. 3 ay boyunca Nərimanovda yaşayan Gülnar müəllimənin yanına rəsm dərslərinə getdim. İmtahanda mənə gərəkli olacaq hər şeyi öyrəndim. 3 aydan sonra nənəm məni digər fənlərdən kurslara yazdırdı. Bu dövr həyatımda anlamlı keçirə bildiyim ən gözəl dövr idi. Çünki ilk dəfə nələrçünsə mübarizə aparırdım. Hər müəllimdən nə qədər bacarlıqlı olduğum haqqında təriflər eşidir və daha da ruhlanırdım. Dərslərə başlarkən yoldaşlarımdan çox geri olsam da qısa bir müddətdən sonra artıq onlarla yarışır və hətta üstün gəlirdim. İyul ayında qəbul imtahanını, onun ardınca da qabiliyyət imtahanını verdim və kifayət qədər yüksək nəticə ilə Rəssamlıq Akademiyasına qəbul oldum. Həyatımda qazandığım ilk uğurum idi və buna görə heç vaxt sevmədiyim nənəmə borclu idim. Yeri gəlmişkən nənəm sevilməyəcək bir insan da deyilmiş. Bəlkə də mənim onun nəvəsi olduğum gerçəyini indi dərk edirdi. Bunu qonşulara həvəslə məni danışığından, qürurlandığından anlamışdım. Artıq nənəmin mənə vəd etdiyi ümidlərə inanmaq istəyirdim və onlar haqqında düşünürdüm. Görəsən itirdiyim ümidləri bu yolda gəzərək tapa biləcəkdim…?

Zümrüd Cavid

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma