“Rəngsiz divarlar” (5)


                               “V hissə”

…Çiskin-çiskin qar səpirdi hər yana, topuqlarıma qədər qara batdığım üzü çöllüyə uzanan yolla gedirdim, iki əlimlə gödəkçəmin yaxasını elə möhkəm sıxmışdım ki, sanki axan göz yaşlarımı tutub saxlamaq istəyirdim…Qardan buza dönmüş bir gölməçənin kənarında ayaq saxladım, ucsuz-bucaqsız dənizə baxar kimi gözlərimi gölməçəyə, uçuşan balaca qara quşlara bir də məni aldada-aldada dolanıb gözdən itən qar dənəciklərinə elə dalmışdım ki… belə anlarda insan çox məzlum hiss edir. Kiminsə səni orda qucaqlayıb isitməsinə, əllərini tutub bitdi…hər şey gözəl olacaq deməsinə ehtiyac duyursan, amma axşamın iliyə işləyən şaxtasına qarşı getdiyi bir saatda ətrafda səndən başqa  axmaq tapmaq çətindir əlbət. Yenidən-yenidən göz yaşları axar, sanki dünyanın ən yazıq, ən haqsızlığa düçar olunmuş insanı sənsən, göz yaşların qıtlağına qədər bulaşar sənə. Amma yenə çox əlacsız olsan da qaçdığın o cəhənnəmə geri dönməlisən, cəhənnəm də olsa ocağı var, səni içdən-içdən yandırıb kül etsə də… 

woman-depression-sad-snow-winter-christmas

Qərarsız, hisslərə qapılan üsyanın, qərarsız da sonu olur. Bəzən heç günah etməsən də günahkarsan, gözlərini kimlərinsə gözlərindən qaçırmağa məcbursan…

Özüm də bilmədən nə qədər günahlara batmışammış,nə Leyla xalanın, nə Şahinin nə də Mehdinin üzünə baxa bilmirdim. Olanları bilmədiyim dönəmlərdə hardasa onların mənə bəzən haqsızlıq etdiyini düşünsəm də hər şeyi öyrəndikdən sonra sanki mənə elə gəlirdi ki, insanlardan nəsə ummaqdan əl çəkməliyəm, nə bir təəbəssüm nə də bir isti baxışa layiq deyildim mən… Bilmirəm elə bil tilsimli idim. Bəzən hekayələrdəki, filmlərdəki o “lənətlənmiş” adamla özümü müqayisə edirdim. Haqsız da deyildim, yəni bədbəxtlik-bədbəxtlik dalınca. Həyat məni sevdiklərimi əlimdən ala-ala susdurmuşdu. Bu düşüncələrlə o qədər özümü aludə etmişdim ki, mənə elə gəlirdi ki, insanlara toxunmaq haqqım yoxdur. Mən, insanların arasında tənha idim. Çox çalışırdılar əvvəl ki, Nihan olum, həyata ümidlə baxmağı öyrənim, istər son ilimi paylaşdığım məktəb müəllimlərim, istərsə də mənə ailə olmuş Leyla xala gil, amma mən susqunluğuma elə qapılmışdım ki, onu itirməkdən qorxur hala gəlmişdim. Onu itirsəm yenə nələrisə itirəcəyimə inanırdım.  Bu vəziyyətimdən Leyla xala nənəmi də xəbərdar etmişdi. Nənəmlə birlikdə qərara gəlmişdilər ki, məzun olduqdan sonra nənəm gəlib məni öz yanına aparacaq. Bunu bir il əvvəl etsəydilər, kim bilir dünyada olmayan xoşbəxtlikləri də mənə vermiş olardılar bəlkə, yetimlikdən, boyunduruqdan və atamla anamın külləri sızıldayan o “rəngsiz xatərlərimdən” uzaqlaşardım. Amma indi… İndi mənim üçün heç nəyin fərqi yox idi. Onsuz da həyatımın geri qalan hissəsini də belə keçirməkdə qərarlı idim. Özüm özümü tənhalıqdan xilas edə bilmirdim.

…..Və həmin gün nənəmlə birlikdə şəhərə üzqoymuşduq. Böyüməyə çalışarkən qaxındığım o torpaqlardan ayrılırdıq… Yolda gedərkən avtobusda nənəm mənə nələrsə danışır, sanki peşmanlıqlarını çatdırır və məndən onu bağışlamağımı gözləyirdi. “Bağışlamanı gözləmirəm” desə də…Yeni-yeni ümidlərdən dəm vurur, məni yeni həyatın gözlədiyini, daha hər şeyin başqa cür olacağını deyirdi… Yeni ümidlər???….

Deyir ən son ümidlər ölər, görəsən ən son ümidlər ölür yoxsa ölən o sonuncu ümiddir…

Musiqi linki….

Zümrüd Cavid

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma