“Back-pack” jurnalistika yeni dövr mediasının elə bir formasıdır ki, burada jurnalist həm müxbirdir, həm fotoqrafdır, həm də viedo çəkəndir, yəni materialı hazırlayan da redaktə edən də odur.
“Back-pack journalism” jurnalitikanın elə bir növüdür ki, burada insanlar öz gündəlik həyatlarından qoparaq, öz ölkələrinin sərhədlərini aşa bilməklə yanaşı, ölkədə baş verənləri dəyişdirməkdə rol da oynaya bilirlər. Bu iş üçün onlara balaca bir leptop, balaca bir digital kamera, bəzi xırda alətlər kifayət edir.
Tanınmış “Back-pack” jurnalist olan Jan Seven belə deyir: Backpack jurnalist bir canavar olmaqla, bütünün bir parçası olmaq arasındakı fərqi bilməlidir”
“Back-pack journalism”dən ilk dəfə AbŞ-da 1990-cı illərin ortalarında “New-York Times”ın Beynəlxalq Video Xəbərlər ( Video news İnternation) layihəsi kimi həyata keçirlməyə başlanılıb. Miçel Rosenblumun fikrincə, bu jurnalistikadan istifadə etməklə daha az xərclərlə daha çox informasiya toplamaq mümkündür.
11 sentiyabr 2001-ci il ABŞ-da baş vermiş terror aktından sonra bir çox veb saytlar bu jurnalistikadan istifadə edərək o gün orda nə baş verdiyinin, terrorizmin nələrə səbəb olduğunu, əfqanıstan ve Pakistanda terrorizm hadisələri haqqında informasiyanı yaymağa başladılar.
Daha sonralar “American brodcasting Company” və “National brodcasting Company” də bu jırnalistika növündən istifadə etməyə başladı. “Back-pack journalism”in digər bir xüsusiyyəti isə mediada konvergensiya anlayışının formalaşmasına səbəb olmasıdır. Belə ki, artıq çap, audio ve video informasiyalar bir məkanda, internetdə toplana bilir.
Tərcümə: Zümrüd Cavid