Prezidentin şəxsi fotoqrafı xatirələrini bizimlə bölüşdü


 

Yarım əsr fotojurnalist kimi çalışmış 83 yaşlı Yaşar Xəlilovu yəqin çoxlarınız tanıyır. Yaşar dayı fotoqrafiya işi ilə hələ gənclik illərində, atasının ona təzə fotoaparat bağışlaması ilə başlamış, “Azərbaycan Gəncləri” qəzetində  çalışan, bir məhlədə böyüdüyü dostu Cəmşid Əmirovun təklifi ilə bu qəzetdə idman şöbəsində çalışmış, sonra “Bakı” qəzetində ştatlı fotojurnalist kimi fəaliyyər göstərir, 1959-cu ildən isə o AZƏRTAC-ın fotoqrafı kimi çalışmağa başlayır. Lakin Yaşar Xəlilov özünün də bildirdiyi kimi ən böyük həyat məktəbini və belə demək olarsa, peşəkarlıq məktəbini 1969-cu ildə Azərbaycanın rəhbəri təyin edilmiş Heydər Əliyevlə işlədiyi uzun illər ərzində keçmişdir. Ulu öndər ölkə Prezidenti vəzifəsinə seçiləndən rəsmi çəkilişlər aparılması Yaşara tapşırıldı və onu Prezidentin fotoreportyoru adlandırırdılar.

Yaşar dayı məhz bizimlə Ulu öndərlə çalışdığı vaxtlardan səmimi xatirələrini bölüşdü…

…..Sonra elə oldu ki, məni yönəltdilər futbol sahəsinə və başladım futbol oyunlarını çəkməyə. Bir gün sahədə çəkirdim, gördüm Prezident də gəlib, futbolçularla görüşür, onları təbrik edir. Getdim şəkillərini çəkdim. Prezident qayıdıb mənə dedi ki, “uşaqların da şəkillərini verərsən ha, birdən çaşıb vermərsən”. Dedim baş üstə, verərəm. Yəni bu qədər diqqətli idi. Nəzərindən heç bir şey yayınmazdı. Ən xırda hallara belə diqqət edərdi.

Şəkilləri redaksiyada hazırlayıb köməkçisi ilə göndərdim. Sonra özü mənə zən vurub dedi ki, “Yaşar Şəkillər çatdı mənə, çox bəyəndim”.

Sonra elə davamlı olaraq Prezident harda olsa, hansı tədbirdə iştirak etsə mən şəkillərini çəkirdim, sonra da köməkçisi ilə görüşürdük, onunla göndərirdim şəkilləri. Bir dəfə də Prezident pambıq sahələrini yoxlamaqçün rayonlara gedəndə redaksiyada elə qərara aldılar ki, onsuz da Prezidentin şəkillərini həmişə mən çəkirəm, məni göndərsinlər. Orda da elə oldu ki, çox maraqlı şəkillər çəkdim. Yadıma gəlir, bir işçinin saçını sığallayarkən, “deyirdi, çox saq ol qızım yaxşı işləmisən”,  birindən irad tutarkən, çox canlı şəkillər çəkə bilmişdim. Şəkilləri göndərmişdim yenə də bəyənmişdi. İndi deyir ki, mənə bəs bu şəkillərdə kimlər ki, var hamısına bu şəkillərdən göndər. Mən də belə qalmışam, nə bilim bir dəfə pabıq sahəsində gördüyüm adamı hardan tapım. Hərəsi də bir rayondan.  Axır bir təhər bəzilərini tapıb şəkillərini göndərdim.

Ondan sonra da elə həmişə hara getsə mən də Prezidentlə gedirdim, müxtəlif rayonlara,  ölkələrə, 3 dəfə həc ziyarətinə.

Bir dəfə də məni dəvət etdilər,  getdim evlərinə. Orda ailəsini, özünü, uşaqlarını, çox səmimi şəkillər çəkdim. Bir dənə də Zərifə xanımın şəkilini çəkmişdim. Baxdı xoşuna gəldi. Dedi bir cür deyəcəm elə şəklimi çək baxım. Şəkili çəkdim, bu şəkil əvvəlkindən də yaxşı çıxmışdı. Baxıb bəyəndi. Dedi ki, “indi bildim ki, həqiqətən işinin ustasısan”.

Maraqlı hadisələr çox olub, amma indi yadımda olan birini danışım. Deməli bir dəfə İrana getmişdik. Tehran şəhərində bazara tərəf getmişdim, orda bir yer gördüm, “Azərbaycan dükanı” yazılmışdı üstünə. Bir nəfər də cavan uşaq idi satıcısı. Dedim ki, bəs ay balam bu nə dükanıdı belə? Dedi ki, burda yaşayan azərbaycanlılarçün mallar satırıq. Sonra dedi ki, deyesen Prezidentlə gəlmisiz. Prezidetlə mənim şəklimi çəkərsiz? Böyüdüb vurardım burada divara ki, hər kəs görsün ki, Prezident mənim dükanıma gəlib. Sora da məyus halda soruşdu ki, görəsən Prezident mənim dükanıma da girər ki, hələ mənlə şəkil çəkər heç? Mən dedim sən narahat olma mən Prezidenti razı salaram. Getdim Prezident rəsmilərlə orda çay süfrəsində idilər. Bəs yaxınlaşıb məsələni danışdım. Dedi orda nə var ki, gedib baş çəkərik. Görüşdən sonra getdik həmin dükana, dükan sahibi ilə görüşdülər, sonra da bir xatirə şəkli çəkdim. Sora dedim ki, Prezidentə bəs bu şəkli dükan sahibi istəyir ki, dükanına böyüdüb vursun. Buna etiraz etmərsiz ki? Prezident dedi ki, “elə-elə, o qədər belə şəkillər olub ki, burda siyasi bir şey yoxdur ki”.  Prezidentimiz çox səmimi idi ondan nəsə xahiş edən vətəndaşları heç vaxr qırmazdı, onlara qarşı çox qayğıkeş rəftar edərdi.

Heydər Əliyevin çox güclü hafizəsi var idi. Heç nəyi unutmazdı.

Bir dəfə də belə bir hal olmuşdu. Yenə bir gün sakinlərlə görüş keçirilirdi. Bir nəfər yaxınlaşıb Prezidentin əlini sıxıb qucaqladı. H. Əliyev də deyir ki, “Bir dəqiqə, mən sizi tanıyıram, siz filan vaxtı filan yerdə işləyən adam deyilsiz?” Kişi də deyir ki, “Bəli həmin adamam”. Prezident də qayıdıb deyir ki, “Bəs yadındadır onda bir işi həll etməli idiz, sizə müraciət etmişdim, məni qəbul etmədiz”. Həmin kişi də, pörtmüş, utanmış şəkildə, deyir, “yox yadıma gəlmir”. Prezident də qayıdıb dedi ki, “əlbəttə gəlməz axı indi sənə  sərf etmir”, sora gülüb keçmişdi.

Prezident həm də çox zarafatcıl insan idi.

Bir dəfə Prezidentin Naxçıvandakı evində 67-ci ildə çəkdiyim şəkilləri tapdım və çıxartdırıb, aparmışdım özümlə. Prezidentin xanımı Zərifə xanım şekillərə baxıb, zarfatyana dedi ki, “Gör nə qəşəng imişəm, məni qocaltdın”, H. Əliyev də elə zarafatla cavab verdi ki, “İndi keçəl olmağıma baxma a mən də canlara dəyən oğlan olmuşam”

 

Zümtüd Cavid

Ali Quliyev

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma