“Rəngsiz divarlar” (9)


 

“IX hissə”

O gün… fikirli-fikirli gedirdim, yolu keçməli idim. Birdən anladım ki, deyəsən yolu səhv gəlmişəm, harada olduğumu bilmirdim, burnuma torpağın qoxusu gəlirdi, gözlərimi açanda baxışlarım yerdən göyə nəzər salırdı. Budur çoxdan tikilmiş bir binanın divarındakı mamırları görürəm, çox gözəldir, əvvəl heç fikir verməmişdim, hələ yolun kənarına düzülmüş qızılı rəngli saxsılardan boylanan o çiçəklər nə gözəldir, günəşin şüaları altında bir-birinə gülərək eşqlərini elan edirlər sanki…. Oxumağa davam et

Advertisements

“Rəngsiz divarlar” (7)


“VII hissə”

Bilirəm hekayəni can dərdi oxuyursan, yaxşı ki, mən uşaq ədəbiyyatı və ya dərslik yazmıram. Amma yazmağı sevirəm, sevə-sevə oxuya bilmirsənsə oxuma, vaxtını bu hekayəyə sərf etmə, sevdiyin işi gör. Bilirəm, oxuduğun bütün hekayələrdə sevgiyə də toxunulub. Başqaları üçün sevgi nədir bilmirəm. Kitablarda da bu haqda çox oxumamışam. Bir şey etiraf edim, mən əslində bədii kitablar oxumağı heç sevmirəm. Amma vaxtım olsaydı ancaq kitab oxuyardım,bunu da bil.  Vaxtı çatanda  bədii kitabları da oxuyacam. Ən azından indi heç bir yazarı təqlid etmədiyimi bilirsən. Bəli, sevgidən danışırdıq. Mənim üçün sevgi həyatın özüdür. Bəziləri sevgini sadəcə xoş və yaxşı əməllərlə bağlayır və beləcə sevgini nifrətdən ayırırlar. Fəqət sevgi olmayan yerdə nifrət də mövcud olmur. İnsanlar bəzən həyatlarında tək nəyisə və ya kimisə sevməkdən danışır. Bəziləri dində axtarır bu sevgini, bəziləri digər cinsin nümayəndəsində, kimlər isə elmdə, kimlərsə peşəsində və s. Sevgi azaddır deyirlər, ona görə tək bir şeyi seçib sevə biləcəyin digərlərini həytından əksiltmə. Məsələn, dini elmlə birgə sevə bilərsən məncə. O ki, qaldı həyat yoldaşını necə seçəcəyini bilmirsənsə bir şey deyim, ağlına, gözəlliyinə, kübarlığına vurulduğun insanı seçmə. Səni tamamlayan, sən “sən” olduğunçün gərilmədiyin insanı seç. Çünki belələri həmişə peşman olur. Yəqin çox rastlaşmısan “özünü kübar görsətmişdi”, “gözəlliyinə aldanmışdım”, “elə bilirdim ağıllıdır” kimi heyfislənmələrlə…. Nəysə ki, deyəsən çox danışdım. Qoy bir az da Nihan danışsın öz sevgi hekayəsindən. Hə bir də öz bildiyini et, məsləhətlərə çox da baş qoşma. Səhv etmiş olsan belə öz həyatınla bağlı qərarları özün ver. Yoxsa həyatının sahibi sən ola bilməyəcəksən. Oxumağa davam et

“Rəngsiz divarlar” (5)


                               “V hissə”

…Çiskin-çiskin qar səpirdi hər yana, topuqlarıma qədər qara batdığım üzü çöllüyə uzanan yolla gedirdim, iki əlimlə gödəkçəmin yaxasını elə möhkəm sıxmışdım ki, sanki axan göz yaşlarımı tutub saxlamaq istəyirdim…Qardan buza dönmüş bir gölməçənin kənarında ayaq saxladım, ucsuz-bucaqsız dənizə baxar kimi gözlərimi gölməçəyə, uçuşan balaca qara quşlara bir də məni aldada-aldada dolanıb gözdən itən qar dənəciklərinə elə dalmışdım ki… belə anlarda insan çox məzlum hiss edir. Kiminsə səni orda qucaqlayıb isitməsinə, əllərini tutub bitdi…hər şey gözəl olacaq deməsinə ehtiyac duyursan, amma axşamın iliyə işləyən şaxtasına qarşı getdiyi bir saatda ətrafda səndən başqa  axmaq tapmaq çətindir əlbət. Yenidən-yenidən göz yaşları axar, sanki dünyanın ən yazıq, ən haqsızlığa düçar olunmuş insanı sənsən, göz yaşların qıtlağına qədər bulaşar sənə. Amma yenə çox əlacsız olsan da qaçdığın o cəhənnəmə geri dönməlisən, cəhənnəm də olsa ocağı var, səni içdən-içdən yandırıb kül etsə də…  Oxumağa davam et

Prezidentin şəxsi fotoqrafı xatirələrini bizimlə bölüşdü


 

Yarım əsr fotojurnalist kimi çalışmış 83 yaşlı Yaşar Xəlilovu yəqin çoxlarınız tanıyır. Yaşar dayı fotoqrafiya işi ilə hələ gənclik illərində, atasının ona təzə fotoaparat bağışlaması ilə başlamış, “Azərbaycan Gəncləri” qəzetində  çalışan, bir məhlədə böyüdüyü dostu Cəmşid Əmirovun təklifi ilə bu qəzetdə idman şöbəsində çalışmış, sonra “Bakı” qəzetində ştatlı fotojurnalist kimi fəaliyyər göstərir, 1959-cu ildən isə o AZƏRTAC-ın fotoqrafı kimi çalışmağa başlayır. Lakin Yaşar Xəlilov özünün də bildirdiyi kimi ən böyük həyat məktəbini və belə demək olarsa, peşəkarlıq məktəbini 1969-cu ildə Azərbaycanın rəhbəri təyin edilmiş Heydər Əliyevlə işlədiyi uzun illər ərzində keçmişdir. Ulu öndər ölkə Prezidenti vəzifəsinə seçiləndən rəsmi çəkilişlər aparılması Yaşara tapşırıldı və onu Prezidentin fotoreportyoru adlandırırdılar.
Oxumağa davam et