Dində qadınlara kölə münasibəti


Bəşəriyyət yaranandan “anaxaqanlığı dövrü istisna olmaqla qadın daim cinsi ayrıcalığa və əziyyətlərə məruz qalmışdır. Yəni 8 Mart tarixində Beynəlxalq Qadınlar gününü qeyd etməyimizə baxmayraq, qadınlar bir çox ölkələrdə hələ də şiddətə və zorakılığa məruz qalmaqdadır. Seçib-seçilmə haqqını ən demokratik ölkələrdə belə XX əsrdə əldə edə bildi. Təhsil, eş seçmə, boşanma və miras sahibi olmaq, iş həyatına atılmaq kimi işlərdə neqativ görülən lakin döyülən, təcavüzə uğrayan qadının bu durumu təbəqələşmənin meydana gəlməsi və idarəçilikdə kişilərin önə keçməsi ilə başladı. Bu ayrıcalıq dinlərin meydana gəlməsi ilə daha da artdı. Kölə toplumlarda və çox tanrılı dinlərdə qadın adətən bir əşya qədər kiçildildi. Çox tanrılı dinlərdə tanrıça və kraliça vəzifəsini üstlənən qadın tək tanrılı dinlərdə tanrının kişi cinsi olduğu yanaşmalarıyla bu haqqlardan da məhrum edilir.

isla-qadin

İslamda qadın: İslamiyyətin qadınlara yeni haqqlar verdiyi, qız uşaqlarının diri-diri bastırılmasını və öldürülməsini qadağan etdiyi göstərilir. Onların qorunmasını və hörmət bəslənməsini tələb edir. Yalnız bunun səbəbi Quran-da cins ayrımlığından deyil kasıblıqdan olduğu göstərilir və deyilir, “Yoxsulluq qorxusu ilə evladlarınızı öldürməyin” (Nisa 31). 

Kişinin deyil də qız uşağının seçim edilərək öldürülməsi isə döyüşlər səbəbiylə azalan kişilərin sayı idi. Bundan savayı İslamdakı kimi bir ayrı-seçkilik yox idi. Qadınlar istədikləri kişi ilə evlənə bilərdi. Boşanma haqqına sahib idi. İş həyatında iştirak edə bilir, ticarət edə bilirdi. İdarəçilik etməsi üçün bir maneə yox idi. Yalnız İslamda izah edilən nümunələri vermək belə bunu anlamaya kifayətdir. Məsələn, Süleyman Peyğəmbər qissəsindəki Səba hökmdarı Bəlkıs bir hökmdar idi. Lat, Uzza və Menat Allahın qızları olmaqla şərəfləndirilmişdi. Məhəmməd Peyğəmbərin (s.a.v) həyat yoldaşı Xədicə  zəngin bir tacirdir. Qureyşin liderlərinin yoldaşları idarəçilikdəydi ki, bunların başında Əbu Süfyanın yoldaşı, Xəlifə Müaviyənin anası Hind gəlirdi. İslamdan əvvəl qadına verilən dəyər və əhəmiyyət, o dövrdən qalan yeganə şeirlər olan “Yeddi Asqı” şeirlərindən də aydın olur.

Ayələrdə qadın: Əvvəlcə qeyd edək ki, Quran ayəlırində kişilər həmsöhbət görülür və onlara xitab edilir. Yalnız istisna olaraq bir neçə ayəsində qadınlara səslənilmişdir. Digər bütün ayələrində “siz” deyərək kişilər nəzərdə tutulmuşdur. İslamda və Quranda qadın-kişi bərabərliyi qəbul olunmur. Kişi üstündür və qadına hakimdir. Kişinin dediyi olmalıdır və ərinə itaətsiz olan qadına lənət edilir, cəhənnəmlik olaraq xarakterizə edilir. Aşağıdakı ayələr, İslamda qadının kişi qarşısındakı fərqini və mövqeyini ortaya qoymaqdadır.

“Allahın bəzisini digərlərindən üstün qılmaqdan ötrü və kişilərin, mallarından sərf etmələrinə görə kişilər qadınlar üzərində hakimdirlər. Yaxşı qadınlar, könüldən boyun əyərlər və Allahın qorunmasını əmr etdiyini, ərinin olmadığı zaman da qoruyub saxlayarlar. İtaətsizlik göstərən qadınlara əvvəl öyüd-nəsihət verin. Yola gəlmirlərsə, özlərini yataqlarında tək buraxın. Yenə dinləməsələr döyün. Sizə itaət etdikləri təqdirdə incitməyə bir bəhanə axtarmayın. Çünki Allah çox ucadır, çox böyükdür “(Nisa surəsi 34).

“Miras mövzusunda, Allah övladlarınız haqqında belə əmr edir: Kişinin haqqı, qadının hissəsinin iki mislidir” (Nisa surəsi 11).

“Öz adamlarınızdan iki kişini də şahid tutun. Əgər iki kişi olmazsa, rızanızla bir kişi və iki qadın lazımdır. Bu qadınlardan biri unutsa o birisi onun yadına salmaq üçündür ” (Bəqərə surəsi 282).

“Qadınlarınız sizin üçün bir tarladır. Tarlanıza necə diləsəniz elə rəftar edin “(Bəqərə surəsi 223).

“Əgər kişi, arvadını (üçüncü dəfə) boşarsa, qadın, onun xaricində bir başqa kişiyə ərə getmədən yenidən həmin kişiyə  halal olmaz” (Bəqərə surəsi 230). 

“Ey Peyğəmbər, qadınları boşayacağınız zaman, onları iddətlərinə doğru boşayın və iddəti də sayın” (Talaq 1).

“Əgər yetimlərin haqqlarına girməkdən qorxsanız, sizə halal edilən qadınlardan iki, üç, dörd evlənin və əgər bu halda ədalətli davranamayacağınızdan qorxsanız, o zaman bir qadın ilə və ya sahibi olduğunuz cariyə ilə kifayətlənin. Bu, azmamanız, haqsızlıq etməməniz üçün daha əlverişlidir”(Nisa surəsi 3).

Hədislərdə qadın: Hz. Hüreyrə (radıyallahu ənh) izah edir: “Rəsulullah əleyhissalatu vəssalam buyurdular ki:” Əgər mən bir insanın başqa bir insana səcdə etməsini əmr edəcək olsaydım, qadına, ərinə səcdə etməsini əmr edərdim. “
Tirmizi, Rada ’10, (1159).

Hədis: 5338 – Rəsulullah qadınların ağlan və dinən aşağı olduğunu bu sözlərlə açıqladı: “Ağlı nöqsan təbiri, iki qadının şahidliyinin bir kişinin şahidliyinə bərabər olmasını ifadə edər. Dinlərinin yoxdur olması təbiri də onların (aybaşı dövrlərində) günlərlə namaz kılmamalarını, Ramazan ayında oruc tutmamalarını ifadə edər. “(Buxari, Heyz 6, Zəkat 44, İman 21, Nikah 88)

“Uğursuzluq; qadında, evdə və atda. “(Buxari, Nikah 17; Müslim, Tibb 116).

“İşlərini bir qadına buraxan dəstə əsla nicat tapa bilməz.” (Buxari, Məğazi, 82).

“Rəhbərliyini qadına təslim edən bir cəmiyyət iflah olmaz.” (Tirmizi, Fitən, 75).

Yəhudilikdə qadın: Yaxın Şərq cəmiyyətlərində 2. sinif olaraq görülən qadınlarla əlaqədar mənfi qanun və aşağılamalar Yəhudilərin müqəddəs kitabı olan Tövrat və Talmudda da mövcuddur. İnsanın yaradılışının izah edildiyi daha ilk ayələrdə qadının kişinin xidmətçisi-köməkçisi olaraq yaradıldığı ifadə edilmişdir.

“Sonra,” Adəmin tək qalması yaxşı deyil ‘dedi,’ Ona uyğun bir köməkçi yaradacağam. Adəm bütün evcil və vəhşi heyvanlara, göydə uçan quşlara ad qoydu. Amma özü üçün uyğun bir Köməkçi tapılmadı. Adəmdən aldığı qabırğa sümüyündən bir qadın yaradaraq onu Adəmə gətirdi. “(Yaradılış, 2: 10-22)

“Rəbb Allah, qadına ‘Uşaq doğurarkən sənə çox acı çəkdirəcəyəm’ dedi. ‘Ağrı çəkərək doğum edəcəksən. Ərinə ehtiyac hiss edəcəksən, səni o idarə edəcək. “(Yaradılış, 3: 16).

“Əgər bir adam qızını cariyə olaraq satarsa, qız kişi qullar kimi azad buraxılmayacaq” (Tövrat, Misirdən çıxış, 21: 7).

“İsrail övladlarına de ki, ‘Bir qadın hamilə qalıb kişi uşaq doğsa, adət gördüyü günlərdə olduğu kimi yeddi gün murdar sayılsın. (…) Ancaq, qız uşaq doğsa, adət gördüyü günlər kimi iki həftə murdar sayılsın. “(Levililər, 12: 2-5).

“Əgər bir adam evləndiyi qadında yaraşıqsız bir şey tapar, bundan ötəri ondan xoşlanmaz, boşanma sənədi yazıb ona verər və onu evindən qovarsa, qadın adamın evindən ayrıldıqdan sonra başqa biriylə evlənsə, ikinci əri də ondan xoşu gəlməzsə, boşanma sənədi yazıb verərsə, onu evindən qovsa ya da ikinci adam ölsə, qadını boşayan ilk əri onunla yenidən evlənə bilməz. Çünki qadın kirlənmişdir. Bu, Rəbbin gözündə iyrəncdir. Allahınız Rəbbin mülk olaraq sizə verəcəyi ölkəni günaha sürükləməyin. “(Qanunun təkrarı, 24: 1-4).

“Bir adam bir qadın alır, yatdıqdan sonra ondan xoşlanmazsa, ona cinayət yüklər, adını pislər, ‘Bu qadınla evləndim amma onunla yatınca bakirə olmadığını gördüm’ desə, qadının anasıyla atası qızlarının bakirə olduğu ilə bağlı dəlili alıb qapıda vəzifəli şəhər ağsaqqallarına gətirəcəklər. Qadının atası böyüklərə, ‘Qızımı bu adamla evlendirdim amma o qızımdan xoşlanmır’ deyəcək, ‘İndi qızımı günahlandırır, onun bakirə olmadığını söyləyir. Bu da qızımın bakirə olduğunun dəlili! ‘Sonra ana-ata qızlarının bakirə olduğunu sübut edən yataq çarşafını böyüklərin önünə sərib göstərəcəklər.

Şəhər böyükləri də adamı cəzalandıracaqlar. Cəza olaraq ondan üz gümüş alıb qadının atasına verəcəklər. Çünki adam İsrailli bir bakirə qızın adını pisləmişdir. Qadın adamın arvadı qalacaq və adam həyatı boyunca onu boşaya bilməz. “Ancaq bu iş doğrudursa, qızın bakirə olduğuna dair bir dəlil tapılmazsa, qızı ata evinin qapısına çıxaracaqlar. Şəhər xalqı daşlayaraq qızı öldürəcək. Atasının evində əxlaqsızlıq etməklə İsraildə iyrənclik etmiş sayılır. Aranızdakı pisliyi içinizdən atacaqsınız. “(Qanunun təkrarı, 22: 13-21).

“Qadınların və itlərin iki adam arasından keçməsi ya da 2 adamın qadın və itlərin arasından keçməsi qadağandır.” (Talmud, Pesahim, 111 a).

“Hər kişinin gündə bir dəfə bu üç mövzuda şükür duasını dilə gətirməsi lazımdır: Tanrının özünü İsrailoğlu’na mənsub etdiyi, qadın olaraq yaratmadığı və özünü cahillərdən etmədiyi üçün.” (Talmud, Menahot, 43B.).

Xristianlıqda qadın: İncildə İsa ilə əlaqədar izahatlarda İsanın qadınlara ümumiyyətlə müsbət yaxınlaşdığı görülür. Zülm edilən bir qadının həyatını xilas edərək yanına alması da təqdirlə qarşılanır. Ancaq İncilin əlavə kitablarında və xüsusilə Pavel mətnlərində qadınların alçaldıldığı görülür. Xristianlıq tarixi qadınlara edilən qırğınlarla doludur. Itaətsiz görülən, cəmiyyət və din qaydalarına qarşı çıxan qadınlar cadugərliklə günahlandırılaraq cadugər ovları edilmiş, on minlərlə qadın 16-cı və 17-ci əsrlərdə yandırılaraq ya da daşlanaraq qətl edilmişdir.

“Qadın başını açsa, saçını kəsdir. Amma qadının saçını kəstirməsi ya da təraş etməsi ayıbdırsa, başını örtsün. Kişi başını örtməməli; o, Allahın bənzəri və ucalığıdır. Qadın da kişinin ucalığıdır. Çünki kişi qadından deyil, qadın kişidən yaradıldı. Kişi qadın üçün deyil, qadın kişi üçün yaradıldı. “İncil, 1.Korintililər 11: 5-10).

“Hər kişinin başı Məsih, qadının başı kişi, Məsihin başı da Allahdır.” (İncil, 1. Korinflilərə 11: 3).

“Qadınlar məclislərinizdə səssiz qalsın. Danışmalarına icazə yoxdur. Müqəddəs Qanunun da ifadə etdiyi kimi, itaətli olsunlar. Öyrənmək istədikləri bir şey varsa, evdə ərlərinə soruşsunlar. Çünki qadının yığıncaq əsnasında danışması ayıbdır. “(İncil, 1. Korinflilərə 14: 34-35).

Buddizmdə qadın: Budizmin Yaxın Şərq mənşəli dinlərə nəzərən tətbiqdə qadın-kişi bərabərsizliyi çox yoxdur. Buddist məbədlərində qadınlarla kişilər bir yerdə ibadət edə bilir; monastırlarda kişilərlə birlikdə qadın din vəzifəliləri də verilir. Ancaq Buddist mətnlərdə də qadının alçaldıldığı, hətta digər dinlərdən çox daha qatı şəkildə günahlandırıldığı görülür.

“Qadınlar, zavallı varlıqlardır. Qadınlar nankordur, xaindir .. (…) Bütün qadınlar alçaqdır.” (Tipitaka, Khuddaka Nikaya, Kunala Jataka). 

“-Əfendi Gautama, niyə qadınlar əhəmiyyətli işlərimizdə rol almır, niyə xarici yerlərə göndərilmir?
-Ananda, Çünki qadınlar irfan sahibi deyildirlər, çünki qadınlar axmaqdır, çünki qadınlar öfkeəlidir, çünki qadınlar qısqancdır, çünki qadınlar ac gözlüdür .. “(Tipitaka, Anguttara Nikaya 2, bölüm 8 VPTS). 

“Ey keşişlər, zəhərli ilanların xüsusiyyətləri: nifrət doludurlar və qisas sahibidirlər, zəhərlidir, çətin mühitlərdə tapılarlar və dostluğu döndərirlər.  Ey keşişlər, eyni şəkildə qadınların xüsusiyyətləri: Nifrət və eqo ilə doludurlar, dostluqları döndərirlər, qadınlar da zəhərlidirlər. Çox vaxt böhtan atırlar. “(Tipitaka, Anguttara Nikaya 3:23). 

Hinduizmdə qadın: Hinduizmdə tanrılar, müdriklər, din adamları həmişə kişilərdən meydana gəlmişdir. Buna görə qadın 2-ci planda yer almışdır. Evlənmədə və boşanmada söz sahibi kişidir. 1860-cı ildən bəri qadağan olsa da hələ 7-8 yaşlarındakı qız uşaqlarının evləndirildiyi görülməkdədir. Evlilikdə qadın, ərinə mütləq itaətə zəruridir. Əri ölən qadının başqasıyla evlənməsi ən alçaq bir davranış olaraq görülər. Orta əsrlərdə Sati ənənəsi deyilən, qadının ölən əriylə birlikdə yandırılması adəti çox məşhur idi. Məcbur olmadığı üçün əriylə birlikdə özünü yandırmayan qadına yaxşı baxılmadığından könüllü olaraq qadınlar özləri yandırılmağı qəbul etmək məcburiyyətində  idilər.

Sati ənənəsi, İngilis müstəmləkəçiliyi olduğu dövrdə 1829-cu ildə İngilislər tərəfindən qadağan edildi. O gündən bəri də edilməməkdədir, amma tək-tük də olsa istisnalar vardır. Məsələn müstəqilliyinə qovuşduqdan bu günə qədər, yəni təxminən 65 ildə 40 belə hadisəyə rastanmışdır.  Hindu mətnlərində qadınları tərifləyən sözlərə rast gəlindiyi kimi alçaldan ifadələr də vardır.

“Bir qadının ağılı, yüksək intizamı qaldıra bilməz, qadının ağılı zəifdir.” (Rig Veda, 8.33.17). 

“Qadınlardan daha günahkar başqa bir varlıq yoxdur; qadın, yaxan bir atəşdir, qadın bıçağın iti üzüdür, qadın bir illuziyaçıdır, bir zəhərdir, bir atəşdir, bir ilandır. “(Mahabharatta 13:40).

Caynizm, Taoizm və s. dinlərdə də qadın alçaldılmışdır. Nəticə olaraq hər dində qadın, kişiyə görə alt statuslu iştirak etmiş və hüquqları kişiyə nəzərən aşağı tutulmuşdur. Ümumiyyətlə, qadın kişinin namusu olaraq görülür. Kişinin başqa qadınlara sahib olması normal qarşılanarkən, qadın üçün bu qətiliklə düşünülməz. Qadınları qoruyucu bir sıra ifadələr isə eyni heyvanlara əziyyət edilməməsi, kölələrə yaxşı davranılması kimidir. Nə var ki, bunlar cinsi ayrı-seçkiliyin aradan ləğv edilməsinə deyil, tərsinə bu cür ifadələrin yer alması ayrı-seçkiliyin alovlandırılmasına, qadının kişiyə məhkumluğuna işarə etmişdir. Mifologiya və dinlərdəki cinsi ayrı-seçkilik atalar sözlərində də əks olunmuşdur.

– Qadının qarnından kötəyi, kürəyindən çubuğu əksiy etməyəcəksən.
– Qadının saçı uzun ağlı qısadır.
– Kişinin əlinin kiri, qadının üz qarasıdır.
– Qızını dövməyən dizini döyər, və s …

Halbuki, pis qadınlar olduğu kimi, pis kişilər də var. Xarakterik xüsusiyyətləri xarab qadınlar qədər kişilər də ola bilər. Kişilər fiziki olaraq qadınlardan güclüdür amma ağıl, qabiliyyət, sahibkarlıq, iş həyatı və s. mövzularda qadınları kiçik hesab etmək doğru deyil. Minlərlə il ərzində passivləşdirilən, əzilən, xor görülüb həzm olunanlar kişilər olsaydı; hərhalda onlar da bir çox istiqamətdən geri qalardılar. Halbuki dünya həyatı nə qadınsız ola bilər, nə də kişisiz. Qadınların əməyi, köməyi olmadan insanlığın irəliləməsi, inkişafı qətiliklə düşünülə bilməz. Qadınların qəti olaraq cinsi ayrıseçkiliyə qarşı xilası, əzilən xalqların xilası ilə mümkündür. İstismar sxemləri davam etdiyi müddətcə kişilər də qadınları istismar etməyə və əzməyə davam edəcək.

(Sərdar Kaan Korkmazgidənlidən)

Tərcümə: Zümrüd Cavid

 

Advertisements

Dində qadınlara kölə münasibəti” üzərinə 2 şərh

  1. Çox sağ ol, qızım, tərcümə çox səlist edilibdir.
    Mövzuya gələndə isə, qadınlar ağıllı kişiyə tabe olarlar da, hər sözü ilə razılaşarlar da. Amma ağıllı kişiyi…vay o gündən kişi özündən müştəbeh ola, zornan qatığa qara dedirdə. Onda qadın niyə öz fikrini bildirməməlidir?
    Çox qəliz mövzudur, Zümrüd☺️💐

    tərəfindən bəyənildi 1 şəxs

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma