Topluma insanlıq dərsi verən dilənçinin heyrətləndirici hekayəsi


Abdul Sattar Ədhi dilənçidir, amma başqa dilənçilərdən fərqlənir. Ədhi bu gün 25 özəl xəstəxananın, 1800 təcili yardım avtomobilinin və 335 ədəd yardım mərkəzinin sahibidir.

 

Yoxsulluqdan anasını itirən və yaşadığı çarəsizliyi heç unutmayan Ədhi, heç kim bu çətinlikləri yaşamasın deyə qapı-qapı gəzib pul toplayır və əldə etdiyi bu pullarla kasıblar üçün xəstəxanalar yaratdır. 85 yaşı olan Ədhi hələ də küçələrdə dilənməyə davam edir.

Dilənməyə başladığı gündən bəri yığdığı pulları qəpiyə-qəpik saxladı və 1951-ci ildə kiçik bir dispanser açdı.

Topdansatışlardan alddığı dərmanları bazar qiymətlərindən ucuz ehtiyac sahiblərinə paylayan və yoxsulların dispanserdə pulsuz sağlıq xidmətindən yararlanmasına imkan yaradan Ədhi toplumun güvənini qazandıqca xeyirsevərlər ona daha çox köməklik etməyə başlayırlar.

Ədhinin etdikləri qısa zamanda dildən-dilə yayılır və onu dilənən görənlər, məqsədini bildikləri üçün ona daha çox sədəqə verməyə başlayır, xeyirsevərlər o dilənən küçələrdən tez-tez keçməyə başlayırlar.

6 dekabr 2010-cu ildə çəkilmiş bu foto Ədhinin Karaçidəki yetim evindəndir. Pakistanda qeyri-qanuni dünyaya gələn körpələr ya öldürülür ya da tərk edilir.

Ədhi körpələrə bəslənən bu dəhşətli münasibəti dəyişmək üçün yetimxanlar açmış və kimsəsiz körpələrə yardım etməyə başlamışdır.

Ədhi nəyə görə “Yaxşılıq mələyi” adlandırıldığını belə izah edir: “Yoxsul olduğum düzdür, ancaq pula məndən də çox ehtıyacı olan insanlar var. Buna görə də qazandığım pulları onlara verməkdə bir anlıq olsun tərəddüd etmədim” dedi.

Müsəlman olan Ədhi, yardım mərkəzində bütün din və inancdan olan insanlara xidmət edir. Din, məqsəd və inanc nə olur olsun təməl insan  haqlarının qorunmasının tərəfdarı olan Ədhi “Dünyadakı bütün dinlərin təməli insandır” deyir.

Tərcümə: Zümrüd Cavid

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma