“RƏNGSİZ DİVARLAR” (4)


“IV hissə”

Mehdi danışır…Nənəm söz verdiyi kimi mənə lap əvvəldən pul göndərir, Məhərrəm isə həmin pullarla gizlincə qumar oynayır, qumar oynayır ki, çox qazansın, ailəsini, xanımını bu pulların hesabına xoşbəxt etsin...

Amma uduzduqca uduzur, Məhərrəm artıq o qədər qurşanır ki, qumara nənəmin göndərdiyi pullar ona bəs etmir, asta-asta əl altından Leyla xalanın qızıllarını, bizə itdi dediyi alagözü, hətta evlilik üzüyünü, nəyi var nəyi yoxdursa hər şeyini uduzur qumarda… Sonuncu oyuna yənə nənəmin ayın sonu göndərdiyi pulla girir, amma yənə uduzur. Masalardakılardan biri ona bir miqdar pul borc verir, bu dəfə də uduzur….Artıq geri dönüşün yoxdur deyən, onda başlayır senin qulaqlarında pıçıldamağa, ya udmalısan ya da udmalısan, hər şeyini, geriyə qalan nəyin var nəyin yoxdursa oyuna qoyub udmalısan. Elə Məhərrəm də qarşısında olan sadəcə o bir yolla gedir. Pulu bitəndə onu oyundan atmaq istəyirlər, lakin o, evini təklif edir, evimdən və balaca həyətimdən bir de ailəmdən savayı heç nəyim yoxdur, evimi qoyuram oyuna…. Rəqibi ev məsələsinin ozan əngəl olduğunu düşünüb, imtina edir…Məhərrəm çox israr etdikdən sonra… qarşı tərəf arvadınla oyna, uduzsan arvadın bir günlük…..Məhərrəmin sanki başına qaynar su tökürlər, o, adamın üstünə atılmaq istəyəndə tutub onu sürüyürlər bayıra… artıq heçin heçə doğru getdiyini və arvadına görə mütləq udacağını hiss ədərək, dayanın razıyam deyir, amma bir şərtlə, bunu burdakılardan başqa heç kim bilməyəcək…Şərti ile razılaşırlar, oyun başlayır….Məhərrəm çox inamla oynayır ilk əvvəl işi uğurla getsə də yenə çətinə düşür və….Və uduzur… Ordan çıxır yolla qayıdır, ilahi mən bunu bayaq niyə etmədim, bayaq niyə qayıtmadım axı….. O sərt, görünüşündən canlara vahimə salan Məhərrəm cılızlaşmış, bap-balaca olmuş, fağır küçe küçükləri kimi inləyə-inləyə göz yaşı tökürdü…..Səhər və borc ödənilməlidir, vaxt, uşaqlar məktəbdə olanda… Aman Allah……. Məhərrəm bir özünü öldürmək istəyir, bir Leylanı…. Bir zamanlar çox sevib, qaçırtdığı Leylanı, indi kimlərə peşkəş çəkirdi…. O an gərək dünya dağılardı…. Məhərrəm evdən çıxır və bir də geri qayıtmamaq niyyəti ilə üz qoyur yola…..Daha bura qədər imiş.. Bu vaxt o adam artıq həyətə daxil olub, evə çıxmağa hazırlaşır… Qapı açıqdır, Leyla xala adəti üzrə biş-düş edir… Həm də hansısa mahnın sözlərini mızıldanır… Dəhlizdə döşəmənin cırıltısını eşidir, dəhlizə baxmaqçün mətbəxdən çıxır, tanımadığı bir adamın durub hırlaya-hırlaya ona baxdığını görüb, tükləri ürpəş-ürpəş olur…. Siz kimsiz, bu evdə nə gəzirsiz?…. Sualını vermişdi ki, Leyla…. Mən sənin bu günlük ərinəm gözəlim deyib Leylaya yaxınlaşmaq istəyir, Leyla xala tez mətbəxə keçib indicə kartof soyduğu bıçağı əlinə alır, it oğlu it, şərəfsiz yaxın gəl gör səni dəlik- deşik edirəm ya yox…. Adam yaxınlaşır ve güclə Leylanın əlindən bıçağı almağa çalışır, bir dayan gözəlim, ərinlə belə danışmamışdıq amma…. Nə? Məhərrəm səni cəhənnəmə vasil edəcək namussuz, burax əlimi….. Bu an yolun ortasında Məhərrəmin sanki ayaqları düyünlənir, irəli gedə bilmir, lənət şeytana deyib geri, evə qaçır….. Həyət qapısını təpiklə açıb, bağıra – bağıra evə qaçır, adamın Leylanın əlindən bıçağı almağa çalışdığını görür, stolu götürüb çırpır kişinin başına, sonra Leylanın əlinden bıçağı alıb adamı dəlik- deşik edir, hər tərəf qana bulanır, Məhərrəmin üz-gözü, Leylanın paltarının ətəkləri…hər yer……..Məhərrəm dayanmır taki, Leyla qışqırıb bəsdir, bəsdir…..

Bəsdir! Mehdi bəsdir!….. deyib hekayəni durdurması üçün mən də eynilə Leyla xala kimi çığırdım…..

Zümrüd Cavid

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma