“RƏNGSİZ DİVARLAR” (3)


 “III hissə”

***

Saat 2:42, isti çay və qardaşımın aldığı tünd şokalad, pəncərəmdən də sərin külək içəri, düz üzümə vurur. Sözüm ona ki, əgər Cənnət bundan da gözəldirsə dinlərə inanmağa dəyər. Nə isə burda axı mənim hekayəmi yazmırıq Nihanın hekayəsini yazırıq. Qoy Nihan danışsın….

***

         …Şahin qan!, hər yer qandır! deyib çığırırdı. Qan izlərinə baxa-baxa biz də yuxarı qalxırdıq, Mehdi ana, ana deyə-deyə yuxarıya qaçaraq çıxdı, qapıya yaxınlaşdıqca Leyla xalanın ağlamasını eşidirdim, qapı açılanda ağlıma gətirdiyim şeyləri görməyim deyə içimdən o qapının heç açılmamasını diləyirdim…Mehdi qapını çəkib açdı biz də ona çatdıq, hər üçümüz heyrət və qorxu içində gözlərimizi yerdə yıxılıb qalmış qan içində olan adama, sonra otağın küncünə sıxılıb, iki qat dizlərinə qısılıb narın əlleri ilə donunun ətəklərini qucaqlayıb, titrəyə-titrəyə ağlayan Leyla xalaya və başını pəncərənin aşırmasına dirəyib, bir əlində qanlı bıçaq, qolunu sallatmış Məhərrəm əmiyə zillənib nə baş verdiyini anlamağa çalışırdıq. Bəzən həyatımızda elə durumlar olur ki, bizə elə gəlir həmin gün ömrümüzdə sabahı olmayacaq gecə, gecəsi gəlməyək sabahdır. Sonra belə günlər o qədər təkrarlanır ki, hər dəfəsində hansının qaranlıq, hansının gündüz olduğunu ayıra bilmirik, beləcə həyat bizi aldadır. Öz saydığını bizə də saydırır. Bu sonumsal hisslərə qapılmışdım ki, bu vaxt Məhərrəm bizə tərəf çevrilib çığırdı, Şahin düşün həyətə. Şahin yuxudan ayılmış kimi “xıx” eləyib geri çəkildi, sanki Məhərrəmin nə dediyini anlamamış kimi bir az gözlədi, sonra bizə çevrilib birinci dəfə görürmüş kimi diqqətlə baxdı, elə bu vaxt Məhərrəm əlindəki bıçağı atıb sürətlə bizə yaxınlaşdı tez bizi itələyə-itələyə qapıdan çıxardıb, eyvana atdı, qapını çırparaq bağladı.

Biz nə baş verdiyini anlamasaq da, Məhərrəm əminin evdə bir adamı öldürdüyünü anlamışdıq. Mən Şahinlə Mehdiyə təklif etdim ki, bizim yanmış evə gedək, orda gözləyək…Hava qaralana kimi orda qaldıq, yeri eşə-eşə, divarları cıza-cıza günü orda başa vurduq. Artıq hər tərəf qaralmışdı ki, Məhərrəm gəlib bizi tapdı və çıxıb evə getməyimizi əmr etdi. Gecə hər kəs susdu. Səhər Məhərrəm dördümüzü də qarşısına alıb olanlardan heç yerdə bir kəlmə də ağzımızdan qaçırmayaq deyə bizi təkrar-təkrar tənbihlədi.

Üç-dörd gün beləcə keçdi. Bir səhər sübh çağı qapı döyüldü, gələn polislər idi. Məhərrəm əmi təlaşla otağın içində o tərəfə bu tərəfə gedib, zibilə düşdük, zibilə düşdük deyib, saçlarını dartışdırırdı. Sonra bizə baxıb dedı ki, qapını açacaq o nə desə biz də onu təkrarlayaq. Qapını açdı, amma polislər öz sözlərini deyib, Məhərrəmin ağzını açmağına heç imkan da vermədilər, əllərini qandallayıb, başını əyib maşına basdılar. Məhərrəm də çığır-bağır salmışdı ki, güya heç nədən xəbəri yoxdur.

Həmin gün axşama kimi heç nə etməyib, evin içində susqun-susqun oturuduq, daha doğrusu Leyla xalanı yamsılayırdıq. Axşam polislər gəlib Leyla xalanı da apardılar, həyətdə bastırılmış meyiti də tapıb çıxartdılar. Bizi də sual-cavab elədilər.Şahin dedi ki, dərsdə olmuşuq, heç nədən xəbərimiz yoxdur.

Səhərə kimi gözümüzə yuxu getmədi, səhər açılanda isə üçümüz də yuxuya getmişdik. Qapının səsinə oyandıq. Leyla xalanı buraxmışdılar. Məhərrəm hər şeyi tək başına etdiyini boynuna götürmüşdü. Leyla xala bizə dedi ki, Məhərrəm əmi bir müddət bizimlə olmayacaq. Nə qədər müddət? Şahinin bu sualının cavabı isə….

9 il sonra…

Mənim 16 yaşım var, məktəbdəyik, Mehdi ilə Şahin məktəbin dəhlizində bir-birləri ilə vuruşurlar. Səbəb isə mənəm… Məktəbdə bizimlə paralel oxuyan bir oğlandan sevgi məktubu almışdım və bundan Şahin də xəbər tutmuşdu. Onsuz məni hər dəfə əzməyə çalışır, fürsət düşdükcə yetimliyimi, evlərinin artığı olduğumu tez-tez xatırladırdı. Elə bu dəfə də bu sözlərini işə saldı, hətta bu dəfə atasının da mənim ucubatımdan həbsə düşdüyünü dedi. Mehdi isə hər dəfə mənim tərəfimi tutur, sanki mənə acıyırdı. Elə buna görə də yenə Şahinə qarşı çıxdı və məsələ sillə-təpiyə qədər irəlilədi. Bəli Mehdi mənə görə doğma qardaşı ilə dalaşırdı. Bəlkə də Şahin haqlı idi. Hər şeyə səbəb mən idim….Sinifə girib çantamı götürüb, dərsdən qaçdım.Yolun yarısına qədər qaçdım, sanki qaçmaqla geridə qoyduqların hadisələr deyil bütün ağrı-acılarındır fikirləşirsən, amma birdən ayılırsan ki, nə qədər qaçsanda ayağın qandallıdır, qandalı çəkdikcə geriyə, lap bağlandığın o rəngsiz həyatına geri qayıdacaqsan. Addımlarımı yavaşladıb, nəfəsimi dərdim. Sonra gedəcəyim tək yerə- yanmış evimizə, öz doğma rəngsiz divarlarıma üz tutdum…

Orda bir az ağlayıb, bir az Allaha üsyan etdim. Axı nə günahım var idi, axı niyə mənə belə bir tale qismət etmişdi Tanrı… Sonra evə getdim, qapını döydüm, Leyla xala açdı…ağladığımı anladı. Leyla xalanın mənə həmişə yazığı gəlirdi, yəni mənə qarşı yaxşı olmağının səbəbi sevgi deyildi, ürəyi acıyırdı mənə. Bu isə məni bir başqa cür incidirdi, həmişə dilindən “yazıq Nihan”, “yazıq qız”, “yazıq uşaq” sözləri əsgik olmazdı. Nə olub Nihan? Dedi. Leyla xala Məhərrəm əmi o adamı niyə öldürdü? Deyə soruşdum, üzümə donuq ifadə ilə baxıb, sonra başını aşağı saldı. Nihan açma bu mövzunu dedi.

-Leyla xala mənimlə bağlıdı bu?

Leyla xala başını qaldırıb.

-Yox qızım, yazıq balam bu hardan gəldi ağlına?

-Leyla xala Şahin hər şeyi danışıb mənə, gizlətmə, sən də danış…

Şahin qələt edib, nə deyibsə qələt edib, bu işin nə səninlə nə də onlarla heç bir əlaqəsi yoxdur. Bağla bu mövzunu dedim Nihan!  Deyib acıqlandı.

Səhər dərsə gedəndə, Mehdidən olanlar hqqında bilib-bilmədiyini soruşdum, yox dedi, amma yalan dediyini anladım.Deməli həqiqətən mənimlə əlaqəlidir hə? Deyib gözləri dolmuş şəkildə çığırdım. Bu səsə bizdən öndə gedən Şahin çevrilib baxdı və ayaq saxlayıb bizim ona çatmağımızı gözlədi.

Mehdi mənim pis olduğumu görüb, dərsdən sonra danışarıq, sənə hər şeyi danışacam, amma Şahin bunu bilməməlidir. O olmayanda danışarıq. Dedi…

rengsiz_divarlar3_78y

Musiqi linki.. https://www.youtube.com/watch?v=GFg7tUfs0X0

Zümrüd Cavid

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma