“RƏNGSİZ DİVARLAR” (1)


“RƏNGSİZ DİVARLAR”

***

Müəllifdən…

**

         İlk əvvəl gəl tanış olaq, mən Zümrüd Cavid, yazar deyiləm, rəssam da deyiləm, 23 yaşındayam tiwitter və instagramda hələ hesabı olmayan, facebookda illərdir profil rəsmi olaraq qara fon qoyan, bəlkə də 100-lərlə tanışı olan, çox adamın dostu olan, az adamı dost hesab edən, illərdir albalılı saqqızdan, zərərli olsa da Coca-coladan imtina edə bilməyən bir insan. Bu ilk qələm təcrübəmdir desəm yalan olar, hələ uşaqkən axmaq-axmaq hekayələr yazırdım, qara ruhlar, kabuslar və s. Amma onların bir oxucusu olub, lap ədəbiyyat müəlliməmin də ara-sıra bəzilərini oxuduğunu nəzərə alsam 2 oxucusu olub, indi isə yazdığım bu hekayənin çox oxucusu olmasını istəyirəm, deyək ki, uşaqlıq qorxuma qalib gəlmək istəyirəm, “axı birdən bəyənməzlər”, “məni ələ salarlar” bu iki fikri yenmək üçün səninlə paylaşıram bu dəfə yazdıqlarımı….Ümid edirəm uşaqlıq qorxuma məni təslim etməyəcəksən, yazdığım bu hekayəni sevərək oxuyacaqsan, amma onu da deyim ki, heç oxuyasan deyə də yazmadım, içimdən gəldi…..İçindən gəlirsə oxu…

Zümrüd Cavid

 

“I hissə

***

 Hə müəllifimiz danışdı bitirdi deyəsən, indi isə söz mənimdir, mən Nihan, sizə öz hekayəmi danışacam. Axırdanmı başlasam, evvəldənmi qərarsız qaldım bax indi, amma bu da olan işdi hə? Axı hər hekayəçi belə hallarla üzləşir. Qoy axırdan başlayıb evvəldən danışım, həyatın bizə öyretdiyi hər şey kimi, əvvəldə yaşadığımızın nə olduğunu mütləq axırda anlayarıq. İndi mən əvvəldəyəm yoxsa axırda bunu dəqiq bilmirəm, bildiyim tək şey odur ki, özümü rahat hiss edirəm, sanki ruhum azad olub, qəribə hisslərdir, beləsini heç yaşamamışdım… İndi hardayam, neçə yaşım var, xoşbəxtəm yoxsa bədbəxtliyə düçar olmuşam bunu sizə sonda deyəcəm, mənim sonumu hekayənin sonunda biləcəksiniz. Budur balaca Nihan, yəni mən burda uçuq-söküy bir bina var, divarları yarı ağ yarı boz, demək olar ki, rəngsiz bir yer. Tək qalmaq istəyəndə, kimdənsə küsəndə və ya yazmağa bir şeyim olanda bura gəlirəm. Buranın rəngsiz divarlarına öz rəngli-rəngsiz qısa hekayələrimi yazmaq məni sakitləşdirir. İlk öncə insanlar sevdiklərindən danışmağa başlayar, misal üçün ailəsindən- anasından, atasından, mənsə bu binadan başladım çünki… Cəmi 6 yaşım var, bu binaya həm nifrət edirəm, həm də ailəmin hələ də burda olduğunu düşünüb təsəlli tapıram. Bir il əvvəl yanğın baş verdi. Deməyəcəm ki, yanğın evimizdə baş verdi, evimizi yandırıb külə döndərdi…bura mənim üçün ev deyil, yalnız rəngsiz divarlardır. Xoşbəxtliyimi, gələcəyimi, ailəmi alıb, mənim taleyimi rəngsiz divarlarına yazdı, indi onun yolunu davam etdirirəm, həyatımın qalan hissəsinin nəcə keçdiyinə anamla atam da şahid olsun deyə onun divarlarını öz həyat hekayələrimlə bəzəyirəm. Yanğının nədən baş verdiyini bilmədim,neçə yaşım var ki, hələ çox ağıllı olduğumu desələr də bilmədiyim, anlamadığım o qədər şey var ki…Bildiyim isə odur ki, bu yanğın valideynlərimin hər ikisini aldı məndən. ….Həmin gecə anamla evdə tək idik, atamı gözləyirdik, mən ara bir mürgüləyirdim, anam isə gözlərini pəncərəyə dikmişdi, ara bir itlər hürəndə qalxır, pəncərəni açır xeyli boylanırdı arxa həyətlərə, sonra heç kimin gəlmədiyini görüb pəncərəni bağlayıb öz yerinə keçirdi. Nə isə narahat idi, elə mən də bacardığım qədər oyaq qalmağa çalışırdım. Qış ayı idi ona görə də çöl çox soyuq idi, ev isinsin deyə odun sobasından istifadə edirdik, yatanda isə söndürürdük  ki, nə isə yanğın baş verməsin, bu atamın tənbihi idi. Mən yerimdə yarı yuxulu, yarı ayıq anamın sobaya tərəf getdiyini gördüm. Anami son görüsüm də elə o oldu. Gözlərimi tibb məntəqəsində açdım, sağ-salamat idim, bir az əlim ayağım sızıldayırdı. Əvvəlcə yuxu gördüyümü zənn etdim, istədim bir az da yatım, sonra səslər eşitdim, Nihan yazıq balam….. deyə kimsə ah-nalə edirdi. Nə baş verdiyini anlaya bilmirdim, burda nə işim olduğunu, niyə əl-ayağımın sızıldadığını anlamırdım. Durmaq istədim, istədim durub gedim çünki bu yuxuya oxşamırdı, hər kəs mənə göz yaşları içərisində zarıya-zarıya baxır, yazıq uşaq deyə inləyirdilər. Tam yerimdən qalxıb, ayaqlarımı yerə basırdım ki, məni tutub yerimə qoydular, sonra neylədilərsə yenidən yatdım. Budur evimizdəyəm səhər süb çağı gözlərimi açıram, anamla atamın digər otaqdan tam aydın olmayan səsləri gəlir, mənsə valideynlərimin səsini eşidib, təzədən yuxuya getməy istəyirəm, günəşin şüaları isə düz gözlərimə düşür, anamın, atamın varlığından aldığım o rahalıqla məni yatmağa qoymur, sonra qapı açılır anam yatağıma yaxınlaşır, gözlərimi açmasam da bilirdim anamdır, addımlarından, qoxusundan… gözlərimi açanda təəccübləndim anam bəmbəyaz geyinmişdi günəşin şüaları altında lap mələyi xatırladırdı. ‘Qızım ayıl, biz atanla gedirik, ayıl vidalaşaq’… Ana! Hara gedirsiz? ‘Ayıl Nihan, ayıl’… Nihan ! Birdən gupbultu ilə harasa düşdüyümü zənn etdim, tez yuxudan ayıldım, heç yerə düşmədiyimi qonşumuz Leyla xala gildə olduğumu gördüm. Mənə dedilər ki, anamla, atam uzun müddətliyə məni onlara tapşırıb harasa gediblər, ayağa qalxıb pəncərəyə tərəf getdim evimiz tərəfə baxdım, sadəcə divarları qalmışdı, hər şey külə dönmüşdü.Göz yaşlarım birdən sel kimi axmağa başladı, ürəyimin necə ağrılar verdiyini təsəvvür belə edə bilməzsiniz, səssiz, hıçqıra-hıçqıra ağlayırdım. Sonra üzümü Leyla xalaya tutub dedim: Onlar oldülər? Ağlamağdan özünü saxlaya bilməyən Leyla xala üzünü yerə dikib hönkürdü. Artıq hər şey bəlli idi, anamla atam ikisi də yanıb kül olmuşdular. Mənə dedilər ki, sağ qalmağımı atama borcluyam, atam evə gələndə artıq ev yanmaga başlayıbmış, pəncərəni sındırıb birinci məni çıxardıb evdən, sonra isə anamı çıxartmaq üçün evə qayıdıb, amma alov şiddətləndiyindən nə özü çıxa bilib nə də anamı çıxara bilib….. İndi mən tək qalmışdım, Leyla xala deyirdi mənə analıq edəcək və məni heç kəsə verməyəcək. Çünki kimsəsiz idik biz, təkcə uzaq qohumlarımız və Bakıda tək yaşayan anamın analığı var idi. Atamın anası atamı dünyaya gətirərkən ölmüşdü, ata babam isə mən doğulduğum il “Qarabağ” savaşı zamanı Cəbrayıla uşaqlıq dostunun ailəsini xilas etməkçün gedir, amma o gedən bu gedən hələ də nə izi var nə tozu. Anamın isə doğma valideynləri haqqında heç nə bilmirəm, bircə onu bilirəm ki, anamı bir qadına özləri veriblər və anamı həmin qadın böyüdüb. Anamın analığının uşağı olmadığı üçün əri tez-tez onu döyürmüş, sonra uşaq götürüb saxlamaq qərarına gəliblər, amma bu dəfə də xoşbəxt ola bilmir, çünki əri başqa qadından uşağı olduğunu deyib anamın analığını atıb gedir. Ne isə görünür ata- anamın çəkdiyi kimsəsizliyi mən də yaşamalı idim, mən də çəkməli idim….Ona görə qoyub getdilər məni… Leyla xalanı çox istəyirdim, xoş xasiyyət, mülayim, hər şeyə kövrələn bir arvad idi, amma gəl ki, əri Məhərrəmi görməyə gözüm yox idi, elə onun da məni. 1-2 ay nıkqana-nıkqana saxladılar məni, sora anamın analığını yəni, Fatma nənəmi çağırtdırdılar, yasa gələndə yaşlı və xəstə olduğunu bəhanə gətirib məni özüylə aparmağa razılıq verməmişdi əvəzində pul göndərəcəyini vədd etmişdi, amma heç bir pul göndərməmişdi deyəsən, ona görə də Məhərrəm evdə çığır-bağır saldı ki, məni bir yolla rədd etmək lazımdı, öz uşaqlarımı zar-zor dolandırıram bir yetim də saxlaya bilmərəm deyirdi, atası vaxtı ilə adamın bir barmağına su tökməzdi indi mən onunçun müftə uşaq böyütməliyəm Leyla!!! Deyərək bağırırdı, yazıq Leyla xala bilmirdi mənə yansın, yoxsa öz dərdinə… 2 ayın içində həyatım cəhənnəmə dönmüşdü, hər kəsin əsil üzü çıxmışdı ortaya…Nə acılar çəkdiyimi heç cür izah edə bilmirəm, için-için ağlamaqdan başqa əlimdən heç nə gəlmirdi…Artıq Leyla xalanın əri tərəfindən necə döyüldüyünə, uşaqlarının ah-naləsini eşitməyə tab gətirə bilmədim və qapını açıb qaçdım….Hara qaçdığımı bilmirdim, amma qaçsam bu əzablardan xilas olacağımı düşünürdüm, sanki qaçıb ordan uzaqlaşdıqca bir az daha çox rahatlıq tapırdım… Bir qədər qaçdıqdan sonra taqətdən düşdüm və bir çimənə sərilib ağlaya-ağlaya oturdum, bir az sonra duruxsundum, artıq göz yaşım da axmırdı, hava da qaralırdı, indi bədənimi bir başqa qorxu buruyurdu, vəhşi itlərin səsi bir-birinə qarışırdı, az qala meşəyə yaxın axırıncı çöllüyə gəlib çatmışdım. Vəhşi heyvanların hürüşündən bədənimə düşən qorxudan və məni bürüyən ölüm xofundan dəhşətə gəlib, yenidən gəldiyim yolu geri qaçmağa başladım. Evə çatmağa az qalmış küçənin döngəsində Məhərrəm dayını gördüm, ayaq saxladım, yeyin addımlarla o mənə yaxınlaşdıqca mən qorcudan, heyacandan və istidən bədənimdə, üzümdə gəzən qan hissəciylərini hiss ediridim, sanki bütün qanım üzümə, yanaglarıma axın edirdi, əllərimin içi tərləyirdi çarəsizlikdən, mənə çatar-çatmaz əlindəki taxta parçasını tuşladı düz ayaqlarıma, it qızı it, it küçüyü, düş qabağıma məni qolumdan tutub sürüyə-sürüyə, itələyə-itələyə gətirdi, elə bilirdim evə aparacag, amma bizim yanmış, rəngsiz divarları ilə qan ağlayan evə apardı, cındır taxtadan qoyulmuş qapısını açıb atdı məni içəri, qal burda ağlın başına gəlsin hayasız uşaq!! Deyib bağırdı. Elə o gündən də bu rəngsiz, hər baxdıqca əzablı xatirələri ilə içimi dağlayan divarlar mənim sirdaşım oldu. Əvvəlcə istəyirdim bir kömür götürüb bütün dərdimi yazım divarlara, amma necə? Axı yazmağı bilmirdim, atam deyirdi gələn il məni məktəbə qoyacag, bu il 6 yaşım tamam olmağa 1 ay qaldığı üçün məni 5 yaşlı hesab edib götürmədilər. Ona görə bir il gec qaldım, bəlkə də daha çox, bəlkə də heç vaxt məktəbə gedə bilməyəcəkdim. Elə bu fikirlərlə bəynimi məşğul etmişdim ki, soyuqdan çənəmin əsdiyini hiss etdim. Bəs qorxu hissi? görəsən niyə qorxmurdum? 2 aya böyümüşdümmü? yoxsa burda valideynlərimin hələ də mənimlə olduğunumu düşünürdüm, onların istiliyini, qayğısını, atamın gözəl qızım deyişini, anamın saçlarıma çəkdiyi sığalı hiss edirdim. Bu vaxt Leyla xalanın səsi gəldi, Nihan!, yazıq balam! hardasan? Cırıldayan taxta qapını itələyib kənara sürüşdürdü, mənə bir az yeməyə çörək, bir də qalın ədyal gətirmişdi, ədyalı mənə bürüyüb, çörəyi əlimə verdi, məni bir dəfə qucaqlayıb, bağışla xalanı, bağışla qızım, öz acızliyimdən sözümün üstündə dura bilmirəm, bağışla məni deyib qucaqladı, göz yaşları üzümə-gözümə tökülürdü. Sonra qalxdı, çıxdı və qapını itələyib bağladı. Belə bəs mən neynəməliydim indi? basladım rəngsiz divarlara suallar yağdırıb, dərdimi danışmağa, onu qınamağa, ona ağlamağa. Mən danışırdım o yazırdı. Gecə yarı idi artıq. Leyla xala gilin evinin arxa pəncərəsinin işığı bizim evin içinə düşürdü, ona görə otaq ala-babat işıqlanırdı, amma bilirdim bir azdan işığı söndürəcəklər və bütün qorxu bədənimi saracaq. Birdən gözümə atamın butulka qapaqlarından düzəltdiyi balaca çıraq dəydi. Bir dəfə işığlarımız kəsiləndə atam evdə şam olmadığına görə belə bir çıraq düzəltmişdi, bir az ip kəsib içki qablarının qapaqlarının ikisini götürüb, birini mismarla dəlmişdi, sağlamına neft töküb, dəlinmişə ipi keçirtmişdi sonra üst-üstə qoyub sıxmışdı, əla çıraq alınmışdı.Çırağı götürdüm, amma bunu yandırmaq üçün nə neftim nə də kibritim yox idi. Sonra ağlıma gəldi ki, həyətdəki komada təndirin bir gözünə həmişə anam kibrit və neft qoyurdu. Taxta dayanmış qapıdan güclə keçib, çölə çıxdım, gedib kibriti və nefti ordan tapıb götürdüm, içəri girib taxtanı yenə də bağlamaqçün güclə sürüşdürdüm. Çırağı götürüb qapaqları bir-birindən ayırdım, birinə neft töküb bağladım, kibriti çalıb çırağı yandırdım. Yanan nəzik sapa baxıb həmin günü, atamı, anamı xatırlayıb xeyala daldım…

Bir az keçmişdi ki, qapıda ayaq səsləri eşitdim, kim isə evə yaxınlaşırdı, qapıya yaxınlaşdığını və açmaq istədiyini hiss etdim. Gözlərimi geniş açıb qapıya zilləmişdim, bədənim qorxudan donmuşdu…

****

rengsiz_divarlar2_ytu66

Musiqi linki… https://www.youtube.com/watch?v=FHus7QMxzsU …..

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma