“Bu eşqi qocaltdıq”


kimsesiz_6678

Nə tez qocaltdıq ah! bu eşqi biz?!
Ağardı saçları, bükükdü beli,
Uzatdı əlimə çatmadı əli,
Çox tezdir deyərdi, tutsa söz dili, Oxumağa davam et

Advertisements

“RƏNGSİZ DİVARLAR” (3)


 “III hissə”

***

Saat 2:42, isti çay və qardaşımın aldığı tünd şokalad, pəncərəmdən də sərin külək içəri, düz üzümə vurur. Sözüm ona ki, əgər Cənnət bundan da gözəldirsə dinlərə inanmağa dəyər. Nə isə burda axı mənim hekayəmi yazmırıq Nihanın hekayəsini yazırıq. Qoy Nihan danışsın…. Oxumağa davam et

“Bizim mahnımız”


bizimmahni_6urtifk

Gec gələn sevgimin, gecikmiş eşqi,
Gəlişin gec oldu, səbrim tükənmiş,
Gec qaldıq o addıma, geridə qaldıq
Xəyalın biz qurduq, yadlar yaşadı,
Bizə ögəy gələn hisslərmiş kimi,
Sevginin dillərdən xəbərin aldıq

Bəxtəvər ruhumun, bəxtəvər eşqi
Niyyətin pərişan, arzun bixəbər,
Bizim sirrimizi özgə bilmədi,
Nə sən yola gəldin, nə də mən dilə
Bizim üçün yazılmış mahnını belə,
‘Bizim mahnı’ deyib, yadlar dinledi.

Sarsılmış ruhumun, sarsılmış eşqi,
Ah cəksən dağları olarsan yenmiş,
Gəl tut əllərimi, sil göz yaşımı,
Bəsdir daha bu sevgiyə az deməsinlər,
Getsən buralardan, sən kəs qarşımı,
Sənsiz getdi deyə söz deməsinlər…

Zümrüd Cavid

“RƏNGSİZ DİVARLAR” (2)


      “II hissə”

…Özünü pəncərəyə dayayıb siqaret çəkirdi, bir az siqareti sumurub, sonra uzun-uzadı zülmətdən görünməyən çöllərdə nə isə görürmüş kimi zillənirdi. Bir azdan sonra siqaretini söndürüb üzünü içəri tutdu, bütün otağa və şirin-şirin yatan uşaqlarına baxdı, sonra mənə tərəf çevrilib dayandı, özümü yatırmış kimi göstərib gözlərimi yumdum. Həm qorxurdum həm də maraqlı idim. Sonra otaqdan çıxıb qapını örtdü. Mənsə fikirə daldım 2 saat əvvəl baş verənləri düşündüm. Yanmış evimizə sinsi-sinsi yaxınlaşanın kim olduğu yəqin indi sizə də maraqlıdır. Oxumağa davam et

“RƏNGSİZ DİVARLAR” (1)


“RƏNGSİZ DİVARLAR”

***

Müəllifdən…

**

         İlk əvvəl gəl tanış olaq, mən Zümrüd Cavid, yazar deyiləm, rəssam da deyiləm, 23 yaşındayam tiwitter və instagramda hələ hesabı olmayan, facebookda illərdir profil rəsmi olaraq qara fon qoyan, bəlkə də 100-lərlə tanışı olan, çox adamın dostu olan, az adamı dost hesab edən, illərdir albalılı saqqızdan, zərərli olsa da Coca-coladan imtina edə bilməyən bir insan. Oxumağa davam et