Qaralama şeir:”Qoy çıxıb gedim”


getmek_08

Yuxular çəkilib, yuxum oyanıb,
Qaranlıq gecədə, sükut içində,
Vicdanım ağlıma qarşı dayınıb
Deyir ki, azad et, qoy çıxıb gedim,
Bedenden ruhumu soy çıxıb gedim.

Bu dünya cəhənnəm, acı bir dərddir,
Gələnlər bilirlər, gedənlər derlər,
Hər günü əzabdır, bir məşəqqətdir,
Daha yola sal, mən çıxıb gedim,
Canımı ruhumdan al çıxıb gedim.

Sevgisi saxtadır, sevgisi yalan,
Görmədik doğrusun, vallah biz düzün.
Olsa da sevgidən az-çox söz salan,
Sevgisiz dünyadan qov çıxıb gedim,
Olum bir ölümə ov çıxıb gedim.

İbadət perişan yoxdur qandıran,
Günahsız məzlumlar odda yandılar,
Yox bu rəzilləri bir-bir yandıran.
Daha heç dil tökmə sən çıxıb gedim,
Qoy çöksün ruhuma çən çıxıb gedim.

Nə o məsumluq, nə saflıq qaldı,
Uşaqlığım getdi, məni tərk etdi,
Ruhum çirkablandı, ruhum qaraldı,
Son dəfə üzümü gör çıxıb gedim,
Bir uşaq qapima gəlib səsləndi əlini əlimə ver çıxıb gedim….

Zümrüd Cavid

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma