“Yuxu, yuxunun sirləri”


 

Qədim zamanlardan bəri insan bəşəriyyətini düşündürən və həmişə maraq mərkəzində saxlanan məsələlərdən biri də yuxudur. Yuxu haqqında ədəbiyyatımızda “qara ölüm”, “kiçik ölüm” kimi ifadələrə rast gəlinir. Yuxu həm şifahi, həm də yazılı ədəbiyyatımızda öz təzadlı xətti ilə seçilir. Belə ki, bəzən yuxu xoşbəxtlik gətirən vasitə, bəzən isə ölüm, dərd gətirən hal kimi qiymətləndirilir.

Buna misal olaraq şifahi xalq ədəbiyytımızın mükəmməl nümünələrindən biri olan “Kitabi-Dədə Qorqud” eposunda elin ağsaqqalının, baş biləninin dilindən “Oğuz elinə nə gəlirsə içkidən və yuxudan gəlir” ifadəsini göstərə bilərik. Ümumilikdə, dastanın ümumi süjet xəttinə diqqət yetirdikdə  görmək olar ki, oğuz elinin mifik düşməni kimi təkcə Təpəgözü deyil, həm də yuxunu hesab etmək olar. Oğuz elinin igidləri  yuxuya gedən kimi düşmən hücuma keçir, oğuz elinə faciə baş verir.

Bəzən isə yuxu bir çox şairlərimizin əsərlərində “vüsal bağı” kimi səciyyələndirilir. Məşuqun öz aşiqinə qovuşması, rastlaşması məhz yuxuda baş verir.

Dinimiz isə yuxunu ruhun insan bədənini tərk etmə şəkli kimi ifadə edir. Belə ki, insanın ruh və bədəndən ibarət olması, yatarkən və ölərkən isə ruhun bədəni tərk etməsi yuxu hesab olunur. Bu iki birləşmədən, ölən isə yalnız bədəndir, ruh heç vaxt ölmür.

Bu barədə deyilir: “Onların  birinə ölüm gələndə deyər: Rəbbim, məni geri qaytarın, bəlkə tərk etdiyim dünyada  yaxşı bir iş görərəm. Xeyr, bu onun dediyi sözdür. Onların arxalarından yenidən diriləcəkləri günədək bərzəx (maneə, sədd) var”. (Müminun 23/99-100).

Onu da qeyd edək ki, Qurani-Kərimdə yuxu ilə bağlı misallara çox rast gəlinir: Yusuf peyğəmbərin, İbrahim peyğəmbərin yuxusu, “Fəth” surəsinin 27-ci ayəsində isə Məhəmməd peyğəmbərin yuxusu haqqında danışılır.

Yuxu elmdə isə belə izah olunur: Bütün canlılar öz güclərini bərpa etmək üçün istirahətə ehtiyac duyurlar. Yuxu zamanı anabolizm səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, “bioloji saatlar” vasitəsi ilə həyata keçirilir. Yuxu haqqında alimlər bir çox fikirlər irəli sürmüşlər. Bəzi alimlər yuxunun beyindəki qanın bədənin müxtəlif yerlərinə yayılması ilə, bəziləri insan hərəkəti zamanı bədəndə xüsusi maddələr yaranması və bunun da əsəb sistemininə təsir göstərib yuxu əmələ gətirməsi ilə, digərləri isə yuxunu əsəb sinirlərinin yorularaq sönməsi ilə əlaqələndirilər.

Alimlər araşdırmalar nəticəsində müəyyənləşdiriblər ki, gündüz yuxusu yatan insanlar  ürək xastəliklərinə gündüz yatmayan insanlara nisbətdə daha az, 37%  tutulurlar.

İnsan ömrünün 1/3-ni yataraq keçirir. Lakin yatarkən heç də həmişə yuxu görmürük, insanın gördüyü ən ən uzun yuxu müddəti  90 saniyə davam edir. Buna baxmayaraq, yuxu zamanı insan bütün yasayıb, yaşamadıqlarını 20-30 saniyəlik yuxu müddətinə sığdıraraq görə bilir.

Zümrüd Cavid

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma