Bax, yenə gəlmisən, sual verirsən,
Xoşbəxtsənmi, yoxsa deyilsən?
Bunun cavabını sən ki, bilirsən,
Nə xoşbəxt deyiləm, nə də ki, bədbəxt,
Yaşayıb gedirəm, hər gün bəxtə-bəxt.
Mənimlə araya sən sədd çəkirsən,
Qəlbimdə tikanla yuva tikirsən,
Gah gəlib qopmursan, gah əl çəkirsən,
Nədir bu əzabın, bitir, axır et!
Qoy gəlsin cəhənnəm, ya da axirət.
Deyirsən sevirəm, qəlbimdəsən sən,
Könlümün, ruhumun sahibisən sən,
Buradan getmərəm, səbəbi sənsən.
Eləsə, de ki, dur, ya bir az səbr et!
Ya gətir cənnəti, ya da ki, dünyamı sən bir nağıl et…!
Zümrüd Cavid
Advertisements