“Mətbuat doğruya doğru”


zumrud_6t8j

İlk gündən demokratik dövlət quruculuğu yolunu tutan respublikamızda söz və mətbuat azadlığının tam təmin edilməsi istiqamətində mühüm addımlar atıldı. Belə ki, demokratik, hüquqi, sivil dövləti azad mətbuatsız təsəvvür etmək qeyri-mümkündür.

Qədim dövrlərdən başlayaraq, insan azadlığının demək olar ki, əsas elementini təşkil edən söz və fikir ifadəsi azadlığının təmin edilməsi uğrunda mübarizə aparılıb. Tarixən, fikir, müstəqil düşüncə sahibləri təqib və təzyiqlərə məruz qalıb, söz azadlığı müxtəlif vasitə və üsullrarla məhdudlaşdırılıb. Məsələn, hələ e.ə 480-410-cu illərdə qədim Afinada yaşamış Protoqorun tanrılar barədə kitabları din xadimlərinin maraqlarına uyğun gəlmədiyi üçün yandırılıb və ya Qney Nevi öz əsərlərində hakimiyyət adamlarını tənqid etdiyinə görə həbs edilib.

Söz və mətbuat azadlığının qarşısının alınması yolunda planlı və mütəşəkkil tədbirlər XV əsrin ortalarından, yəni Alman ixtiraçısı İohan Qutenberqin ilk çap kitabını ixtira etməsindən sonra daha geniş vüsət aldı.

Çap texnologiyasının kəşfi mətbəələrin sürətlə çoxalmasının, çox saylı çap kitablarının, kütləvi tirajlamanın əsasını qoymuş oldu.

Tirajlama aşkarlıq demək idi. Hakimiyyət isə aşkarlıqda maraqlı deyildi. Məhz bu səbədən də əsrlər boyu söz, fikir və mətbuat azadlığına qadağalar qoyulub.

XVII əsr İngiltərəsində mətbəələrə və mətbuata təzyiqlərə cavab olaraq  məşhur alim-filosof Con Milton 1644-cü ildə məlum “Areopagitika” adlanan nitqində, özünün söz, fikir və mətbuat azadlığı ideyasını irəli sürdü. Bu ideya hər şeydən əvvəl deyilən sözə qarşı dözülməz münasibətin tolerantlıqla əvəz edilməsini irəli sürürdü.

İngiltərədə insan hüquqları uğrunda uzun mübarizənin, hətta inqilabın nəticəsi olaraq 1689-cu ildə “Qanunlar Külliyatı” yazıldı. Bu külliyatda söz və fikir azadlığı təsbit olunurdu. Fransada isə 1789-cu il inqilabi hadisələrinin məntiqi nəticəsi kimi ortaya çıxan “İnsan Hüquqları  haqqında Bəyanat”, indinin özündə də söz  və fikir azadlığının ölməz sənədi kimi qəbul edilir.

Bu sənəddə söz və fikir azadlığı ilə bərabər jurnalistin cəmiyyət qarşısında məsuliyyəti məsələləri də öz əksini tapır.

Qərbi Avropa ölkələrində mətbuatın öz azadlığına qovuşması əsrlər əvvələ təsadüf etsə də, SSRİ  məkanında, o cümlədən Azərbaycanda da uzun müddət XX əsrin sonuna dək mətbuat üzərində senzura sistemi tətbiq edilib.

Məşhur tarixçi  V . Lvov- Roqaçevski  hələ 1906-cı ildə qələmə aldığı “Mətbuat və senzura” adlı tədqiqatında göstərirdi ki, mətbuat üzərində senzuranın tez aradan qaldırılmasına nail olan ölkələr bu işə ciddi yanaşmayan ölkələrdən, məsələn, Rusiyadan çox irəli gediblər.

Respublikamız öz müstəqillinə qovuşduqdan sonra demokratik  cəmiyyət quruculuğu  işində önəmli yer tutan mətbuatın inkişafına, söz və fikir azadlığının təmin edilməsinə dair mühüm addımlar atıldı.

Müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan gərgin ictima-siyasi vəziyyət, xaos, anarxiya, özbaşınalıq, söz və fikir azadlığının hər addımda boğulamsı, jurnalistlərin fiziki və mənəvi təzyiqlərə məruz qalmasına baxmayaraq, xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində bütün bu problemlər qısa müddət ərzində öz həllini tapa bildi.

Əlbəttə, bu baxımdan totalitar rejmin ünsürlərini özündə əks etdirən qanunvericiliyin yenilənməsi və təkmilləşdirilməsi mühüm məslələrdən idi.

Mətbuatın bilgiləndirmək, maarifləndirmək, əyləndirmək kimi mühüm funksiyalarının partiya ideyalarının təbliğ, təşviq funksiyaları ilə əvəz edildiyi totalitar, antidemokratik qanunların əksinə olaraq, 1995-ci il 12 noyabr tarixli Azərbayacan Respublikası Konstitusiyasının 47, 50 və 71-ci maddələrində söz, fikir və mətbuat azadlığı öz əksini tapdı.

O dövr gərgin ictimai-siyasi durum, elan olunmamış, ədalətsiz müharibə, cəbhədə pozuculuq işləri və s. məsələlərlə bağlı mətbuat üzərində senzuranın ləğvi bir qədər geciksə də senzuranın  1998-ci ilin avqustunda Ümumillli liderimiz Heydər Əliyevin imzaladığı sərəncamla öz həllini tapdı.

Bəşəri, milli-mənəvi dəyərləri özündə əks etdirən, cəmiyyətin inkişafında böyük rolu olan, ona güzgü tutan mətbuat üzərində senzuranın ləğvi demokratik dövlət quruculuğu naminə atılmış mühüm addım idi.

1999-cu il 7 dekabr tarixində “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi.

Bu Qanunda söz və mətbuat azadlığı, jurnalistin hüquq və vəzifələri ilə yanaşı, onun cəmiyyət  qarşısında məsuliyyəti, peşə etikası qaydaları da öz əksini tapır.

Bəzən mətbuat azadlığının “məsuliyyət daşımamaq hüququ” kimi anlaşıldığı məqamlar da olur. Bu baxımdan jurnalist məsuliyyəti məsələləri ortaya çıxır.

Əbəttə, söz, fikir və mətbuat azadlığı o demək deyildir ki, jurnalist  öz vəzifəsindən sui-istifadə edərək, peşə etikası qaydalarını və başqalarının hüquqlarını kobudcasına pozsun.

Jurnalistin məsulliyyəti məsələsi cəmiyyətə azad, obyektiv informasiya vermək, cəmiyyətin qayğıları ilə yaşamaq, konfliktlərin və mübahisəli məsələləri ümumi müzakirəyə çıxarmaq cəhdləri kimi başa düşülür.

XXI əsr- informasiya əsri olmaqla yeni informasiya texnologiyalarının və internetin geniş vüsət aldığı bu dövrdə istər peşəkar, istərsə də vətəndaş jurnalistikasının inkişafı, informasiya təhlükəsizliyi, informasiya müharibəsi  problemlərinin mövcudluğu səbəbi ilə mediada vətənpərvərlik keyfiyyətinin yüksəldilməsini vacib amilə çevirir.

Məhz müharibə şəraitində yaşadığımız bu dönəmdə “dördüncü hakimiyyət” nümayəndələri olan və mühüm ictimai əhəmiyyət daşıyan hər bir jurnalist vətənpərvərlik duyğuları ilə yaşamalı və gənc nəslə vətənpərvərlik keyfiyyərtlərini aşılamağı bacarmalıdır.

Unutmamalıyıq ki, Azərbaycan hər birimizin vətənidir və onun bütövlüyünün təmin olunması naminə əlimizdən gələni əsirgəməməliyik.

Zümrüd Cavid

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma