Zümrüd Cavid: “Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması”


zumrud_c3456

İKT-nin sürətlə inkişaf etdiyi bügünki gündə informasiya təhlükəsizliyi problemləri xüsusi aktuallıq kəsb edir.

İnformasiya təhlükəsizliyi- informasiya və onların emali, saxlanması, ötürülməsi və s. üçün istifadə olunan kompüter texnologiyalarının təbii və ya süni xarakterli, təsadüfi və ya qəsdli təsirlərdən mühafizə olunmasını nəzərdə tutur.

Hal-hazırda müharibə şəraitində yaşadığımızı nəzərə alsaq dövlətin xarici siyasət hücumunun əsas tərkib hissəsi olan informasiya müharibəsindən geniş istifadə edildiyi bir vaxtda informasiya təhlükəsizliyinin təmin edilməsi mühüm məsələlərdəndir.

Bu baxımdan, sosial şəbəkələrdə və mediada ölkənin informasiya siyasətinə dəstək olaraq dövlətin informasiya təhlükəsizliyinin, milli təhlükəsizliyi təhdid edən, hərbi sirr sayılan informasiyalara qarşı vahid mövqedən çıxış və s. ilə bağlı ümumi və əhatəli maarifləndirmə siyasətinin aparılması vacibdir.

Hiyləgər düşmənlə üz-üzə olduğumuz bir durumda informasiya təhlükəsizliyi, dövlət sirri olan hərbi məlumatların yayılması yol verilməzdir. Bu hal milli təhlükəsizlik və əhalinin panik duruma düşməməsi baxımından olduqca əhəmiyyətlidir.

Belə ki, müstəqilliyimizin ilk illərində müharibə zamanı media orqanlarının cəbhədə baş verən hadisələri hərbi sirrin, hücum planlarının qorunmasını nəzərə almadan bütün çılpaqlığı ilə yayımlaması halı 2014-cü ilin yayında cəbhə xəttində baş verən hadisələr zamanı bir daha təkrarlandı. Ona görə də informasiya təhlükəsizliyinin qorunması üçün ictimai maarifləndirmə işi genişləndirilməlidir. Bu işdə dövlətlə yanaşı vətəndaşların da üzərinə böyük vəzifələr düşür.

İnformasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra normativ-hüquqi aktların- “Dövlət Sirrinin Qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu, “İnformasiya, İnformasiyalaşdırma və İnformasiyanın Mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, “Müəlliflik Hüququ haqqında” Azərbaycan Respublikasının Qanunu və s. qəbul edilməsinə baxmayaraq, bu sahədə qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə ehtiyac var.

Dünyada gedən informasiya savaşı fonunda kibertəhlükənin aradan qaldırılması məsələsi aktual problemə çevrilib. Belə ki, ister televiziya və radio kanallarımızın tezliklərinə məqsədli şəkildə soxulmaların, istərsə də çox sayda oxucuya sahib olan internet saytlarımıza ataklar edilməsinin qarşısının alınması sahəsində tədbirlər görülür. Bu baxımdan, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən kompüter sistemlərinin təhlükəsizliyinin analizi üzrə laboratoriyanın yaradılması bu sahədə atılmış mühüm addımdır.

Laboratoriyanın əsas vəzifələrinə kibertəhdidlərin analizi, onlarla mübarizə metodlarının tətbiqi, kompüter şəbəkələrinin təhlükəsizliyinin və proqram təminatının yoxlanılması və s. daxildir.

Göründüyü kimi, bugün istənilən sahədə ən təsirli hücum strategiyası olaraq istifadə olunan informasiya müharibəsindən qalib çıxmaq üçün hər birimiz məsuliyyət daşıyırıq və bu istiqamətdə təbliğat və maarifləndirmə işində ciddi iştirak etməyimiz vacibdir.

Zümrüd Cavid

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma