Zümrüd Cavid: “Körpələr ölməsə tədbir görülmür” !    


Mayın 19-da saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş Verdi. Yanğında körpə uşaqlar da olmaqla ondan çox insan həyatını itirdi, onlarla insan yaralandı.

Qeyd edək ki, bundan əvvəl Bakıda (Aprelin 10-da Xətai rayonu, Nobel prospekti, Məhəmməd Hadi küçəsində çoxmərtəbəli yaşayış binasında) və Sumqayıt şəhərlərində də eyni səbəblə yanğın hadisəsi baş vermişdi. Amma nəticələri bugünkü qədər ağır olmamışdı. 

Yanğının ilkin baş vermə səbəbi kimi binaların üzlüklərinin sürətlə alışması göstərilir. Penoplast adlanan bu üzlüklər iki sözün birləşməsindən yaranıb. Mənası “köpük təbəqəsi” deməkdir. Penoplast – polistrol əsasında hazırlanan bir materialdır. Polistirol — benzol və etilenin birləşməsindən əmələ gələn stirolun xətti polimeri olub, şüşəyəbənzər maddədir. Emal zamanı etilen aluminiumxloridin köməyi ilə katalizatir kimi benzola daxil edirilir. Onun istiyə davamsızlığı və nisbi kövrəkliyi çatışmayan cəhətlərindəndir. Penoplast 3 tərkibdən ibarətdir: qarışıq maddələrdən, köpükdən və tullantı neft materiallarından.Hazır penoplastı rəngləmək, kəsmək,deşmək asan olur. Bu maddədən 20-ci əsrin 50- ci illərindən istifadə olunmağa başlayıb.İlk dəfə dünyada Almaniyda 1951-ci ildə “BASF “şirkəti penoplastın istehsalı ilə məşğul olub.Qeyd olunan şirkət penoplastın daha çox qeyri-yaşayış sahələrində və kiçik həcmli tikililərdə istifadə olunduğunu məlumatlar bölməsində bildirir. Hamının başa düşəcəyi dildə desək, televizor, soyuducu alanda qoruyucu ağ baloncuqlardan ibarət olan materialla küncləri bərkidilmiş olur. Penoplast həmin materialdır.

Dünya tikinti tarixində ilk dəfə Azərbaycanda penoplast tikinti sektoruna gətirilib. Material həm, fasad örtükləri, həm mərtəbəarası örtüklər həm də dam örtüyü kimi istifadə olunur. Görünüş cəhətdən daş örtüyünü xatırladan tez sınan və tez alışan material, əsl daş örtüyündən çox ucuzdur. 3 manatdan 40 manata qədər müxtəlif məhsullar var (pəncərə kənarı, mərtəbə arası, sütunlar və s).

Daşla qiymət müqayisəsi – “2m-lik daş sütun 50sm diametrlə 200 manatdan baha başa gəlirsə, penoplastla 100 manatdan da ucuza başa gəlir.

Xaricdə bu material əsasən qəlib əvəzi istifadə olunur. İstənilən forma alındıqdan sonra üzərinə tez quruyan beton təbəqə çəkilir (püsgürtmə yolu ilə) və lazım olan klassik forma alınır.

Çox təəssüf ki, bizdə bu materialdan artıq qazanc əldə etmək və insanların həyatı ilə oynamaq üçün istifadə olundu.

zumrud_cavid_6ytgzumrud_cavid_68ytZumrud_cavid_7  zumrud_cavid_uitg zumrud_cavid07 zumrud_cavid34 zumrud_Cavid46 zumrud_cavid85 zumrud_cavid86 zumrud_cavid96 zumrud_cavid435 zumrud_Cavid867 zumrud_cavid906 zumrud_cavid978gj zumrud_cavid980 zumrud_cavid4356  zumrud_cavid9678 zumrud-cavid(876

Zümrüd Cavid

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma