“Virtual tanışlıq, yoxsa sosial şəbəkə xəstəliyi?!”


finding_love_social_media

Sosial şəbəkələr və internet həyatımızın önəmli bir parçasına çerilib artıq. Həmçinin də virtual tanışlıq və virtual sevgi. Əvəllər seçim az idi, bir insana könül verib, onu kəşf edər, bir tədqiqatçı alimin seçdiyi problem-mövzuya verdiyi önəm qədər sonuna kimi də onu kəşf etməy istərdilər. İndi seçim çox olub, fərq etməz ölkənin, dünyanın bu başından durub o başında bəziləri demişkən “qız tutub”, “oğlan tapırlar”, seçim çoxdu çünki.

Yəni uşağa bir torba şokalad verəndə hərəsinə bir diş vurub atır, əsla o dişlədiyi şokaladları bir də götürüb bitirənə qədər yeməyəcək. Amma bir şokalad versən sonuna qədər yeyəcək və qədrini də biləcək. İndi bu sosial şəbəkə xəstəliyi də belə bir şeydir. Hər qızla, ya da oğlanla bir həftə danışır, bezir yenisini axtarırlar. İnsanların biri-birinə maraq yaradacaq şeylər bir gün ən çox bir həftə çəkir: İlkin tanışlıq, adı , görünüşü, hər hansı bir mövzu haqqında fikirləri, bir şəkil, bir səs…Sonra başlayır: “hardasan”, “nə edirsən”, “yatıram”, “dururam”, “gedirəm”, “gəlirəm”… söhbətləri. Türkiyənin məşhur gülüş ustası Cem Yılmaz demişkən “Bilgi vermə hastalığı”… Bir-iki əsr bundan əvəll yaşamış olsaydıq “Poçt göyərçinlərini” soyqırımı etmiş olardıq bu “gəlirəm-gedirəm” məktubları ilə. Gərək nə qədər maraqlı yazasan ki, o gəlişi, gedişi bir həftə bezməmək mümkün olsun. Bir də var realdasan. Real həyatda insanın milyonlarca xüsusiyyəti bəlli olur ki, onları kəşf etməyə illər bəst etmir. İnsanın virtual həyatı da elə o xüsusiyyətlərin biri, bircəsidir.

Elə bu mövzu ilə əlaqədar olaraq sosial şəbəkələrin birində, “Sosial şəbəkələr və ümumiyyətlə internet vasitəsi ilə tanışlığa, o tanışlığın gələcəkdə evlilik və ya hər hansı bir münasibətə çevrilməsinə necə baxırsınız?” kimi sual ünvanlayaraq, sorğu keçirtdik. Həmin sorğuda deyilmiş fikirləri olduğu kimi sizlərə təqdim edirik:

Mais Lerik Həşimov­_Bu tanışlıq uğurlu da ola bilər, uğursuz da. Mən eləsinə rast gəlməmişəm ki, evləsinlər, amma sıx dostluq əlaqədə olmalarının şahidi olmusam. Mənim də elə sıx dostluq əlaqədə olan xanım dostlarım vardır. Mən əvvəlcə həmin insana səmimi olmağı təklif edirəm. Mənimlə səmimi olanla əlaqə qurmağı davam edirəm. Kim ki, görürəm özünə aid məlumatları gizlədir, ona da Allah amanında deyib ayrılırıq. Əlbətdə ki, sosial şəbəkə məkanında normal və tərbiyəli insanlar vardır həm də lap çoxdurlar. Onların bir biriləri ilə normal əlaqədə olması vacibdir. Əgər subaydırlarsa niyə də evlənməsinlər? Bir-birilərini tam ailə tərkibinə və adət-ənənələrinə qədər öyrəndikdən sonra.

Arzu Memmedova_ Müasir dövrümüzdə sosial şəbəkə həyatımızın ayrılmaz bir hissəsinə çevirilib. Mənim də bu aləmdə qazandığım dostlarım var, yəni hətta güvənə biləcək dostlarım, nə gizlədim, məni yanıldanlar da oldu bu aləmdə, amma mən nə münasibətə, nə də evliliyə pis baxmıram, yetər ki ,hər şey qarşılıqlı olsun.

Ulya Sofi_ Baxış fərqlidir. Amma tanıdığım insanlar var ki, sosial şəbəkə vasitəsilə tanış olub, evləniblər, övladları da var, xoşbəxtdirlər.

Azərin Xanim_ Mənim tanışlarım var, tanış olub evləniblər, mən də şahidəm. İndi bəbəşkalarının həm bibisi, həm xalası sayılıram.

Ada Rahimova_  Bir dəfə məhşur bir jurnalistin feysbuk haqqında məqaləsini oxumuşdum.Qısaca şerh edirdi ki, feysbuk “xəyalların qatili” və “ümidlər qəbirstanlığıdır”. Bu nə dərəcədə doğrudur bilmirəm, amma buranın faydalı cəhətləri də çoxdur. Yaxşı ya pis insanlarla qarşılaşmaq bu da bizim şansımızdan aslıdı. Yaşadığımız həyatda tanıyırıq dediyimiz insanların da səhvləri ilə rastlaşdığımız olur.Gərçək münasibət, evlilik haqqında fikrim isə, qəti olaraq bildirirəm ki, mümkün olan şey deyil. Amma yaxşı rəfiqə tapmaq mümkündür.

Fezile Qeribova­_ Artıq internet əsridir. Bizim dövrümüz getdi. Mən aileliyəm, amma mənə də gəlir tanəşlıq, doğrusu qizlardan da gələndə mən əvvəlcə tanimadan, tanış olmuram. Onun səhifəsinə baxıram əgər mənlik deyilsə blok edirəm, amma cavan qizlar siz ehtiyatlı olun. Tutaq ki, size tanışlıq gəlib nə olar tanımadan rədd etməyin, bəlkə qismətinizdir. Amma səhifəsi ilə əvvəlcə tanış olun, baxın görün sizlik deyilsə redd edin, yox əgər səmimi sizə yanaşırsa nə olar ki …amma aileli cavan, ister qoca qadınların çatda söhbətlərinə doğrusu pis baxiram. Kişilər bu saat məqam axtarırlar ki, kimisə ələ alsınlar.

Мисс Сафарова­_ Normal baxıram, amma indi kiməsə güvənmək, xüsusilə internet vasitəsilə güvənmək biraz çətindir. Çünki monitorun arxasındakının danışdıqlarının düzgünlüyü 30%’dir. Mən demirəm hamı yalançıdı sadəcə tanış olub, ailə həyatı qurandan sonra da adam çox “sürprizlərlə” qarşılaşır. Bu tək internet üzərindən tanışlıqda yox, eyni zamanda real tanışlıqda da belədir.  http://pressaz.info/index.php/kose-yazilari/14840-%E2%80%9Cvirtual-tan%C4%B1%C5%9Fl%C4%B1q,-yoxsa-sosial-%C5%9F%C9%99b%C9%99k%C9%99-x%C9%99st%C9%99liyi-%E2%80%9D.html

 

Zümrüd Cavid

Advertisements

“Virtual tanışlıq, yoxsa sosial şəbəkə xəstəliyi?!”” üzərinə 2 şərh

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma