Mahmudov R.”Mən burdan xalqıma deyirəm, revmatik xəstəliklər tam müalicə olunandır”


124

Pressaz.com Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovla revmatizma xəstəliyi və  onun fəsadları haqqında olan eksklüziv müsahibəsini oxucularına təqdim edir.

-Revmatizm nədir ve yaranma səbəbləri nədən ibarətdir? 
Revmatizm, ürək-damar sistemini oynaqları və digər orqanları zədələyən infeksion-alergik xəstəlikdir. Revmatik xəstəliklərin 120-dən çox növü var ki, bunları da 6 qrupa ayırırlar. Revmatizmin səbəbi nədir? Bunu törədən mikrobdur, infeksiyadır. A qrupuna aid olan B növüdür. Bu mikroblar hemoskandır, yəni qanı əridir. Revmatizm əsasən birləşdirici toxumalarda əmələ gəlir. Angina oluruq elə bilirik ki, bu keçicidir.Əgər bir ailədə bu varsa bunlar təmasda və ünsiyyətdə oldugları üçün hər birinə yayılır, nəfəs yolu ilə bir-birinə ötürülür. Buna görə deyirlər keçicidir. İlk öncə insanda angina yaranır və badamcıqları kəsirlər amma revmatizm yenə də tam sağalmır, çünki qanda qaldı axi mikroblar, yəni əsas mənbə məhv edilmədi. Bu mikrob 3 ilə ölür, 1 ilə yox. Sora oynaqları, əzələləri ağrıdır, ürəyin endokard qişasını zədələyir və s.
Amerika alimləri revmatik xəstəliklərin 120 növünü 6 qrupa ayırıblar ki, hərəsinin də özünə məxsus müalicə növü var. Hamisina eyni üsul tətbiq etmək olmaz.Ola bilər revmatik faktor 20-ə qədər olsun. C-reaktiv zülal, bu iltihabı göstərir. Bunun norması 0-65-ə qədərdir. ASO, bunun 200-ə qədərdir norması. Əgər ASO artıbsa, 300, 600-800 olan var, bu zaman ürəyin endokardını zədələyir. Ürəkdə qulaqcıqla mədəcik arasında qapaq var, o qapaq da edokarddan əmələ gəlir ki, xəstəlik zamanı o da zədələnir. Bu halda da ürəkdə qüsur yaranır. Əgər qalınlaşma gedirsə deməli orda iltihab gedir. İltihabın 4 əlaməti var: rubor-ürəkdə qızartıların əmələ gəlməsidir; tubor-şişdir,qalınlaşmadır; calor- istilik qalığıdır; dolor- ağrıdır. Biz qalınlaşmanı exokardioqrama ilə və ağrını bilirik. Bunların hər birini həkim analiz edə-edə 6 dəfə kusr-kurs müalicə etsə xəstəlik yüz faiz sağalır.

-Sizcə revmatizmin müalicəsi kimyavi preparatlar qəbul etməklə yoxsa xalq təbabəti, bitkilərlə olunan müalicə daha effektivdir? 

Bitkilərlə bu xəstəliyi müalicə etmək olmaz. Mən xalq təbabətinin əleyhinə deyiləm, bu cür müalicə ağrını kəsir. Amma bu cür müalicədə dəqiqlik yoxdur. Buna görə də həkimlər bu müalicə üsuluna şarlatan kimi baxırlar, cünki dozası bilinmir axı, o istifadə etdiyimiz bitkilərin tərkibində zəhərli maddələr də var və normanı düzgün təyin etməyəndə mənfi fəsadlara yol aça bilər. Ona görə də revmatizmi elmi üsullarla və vaxtında müalicə etmək lazımdır.

-Revmatik xəstəliklərin kəskinləşməməsi üçün ilk növbədə nə məsləhət görərdiniz? 

Məsləhətim odur ki, angina olmağa qoymasınlar uşağı. Birinci şərt budur. Angina tanzillit olmasın, yəni vaxtında üstünə düşülsün. Bizim həkilər angina olan kimi badamcıqları kəsirlər, amma bu düzgün deyil, Əgər polikullar sağlamdırsa niyə kəsirsən boğazı? Bu bədənə mikroblar getməsinin qarşısını alır axı. Amma əlac qalmayanda onu kəsib atırıq. Ona görə də deyirəm ki, vaxtında üstünə düşülsun xəstəliyin genişlənməsinə imkan verməyin.

-Revmatik xəstəliklər irsi xarakter daşıyırmı? 

Xeyr, irsi ola bilməz, bu xəstəlik keçidir. Ola bilər ki, bir ailədə hər kəs revmatizm olsun. Bu o demək deyil ki, xəstəlik irsi xarakter daşıyır. Bu sosial faktorlardan aslıdır. Bu ailə bir mənzildə yaşayır, təmasda və ünsiyyətdə olur, ona görə də birindən digərinə keçir. Irsi xəstəlik odur ki, insanın xramasomunda dəyişiklik olsun. 46 xramasomdan birində dəyişiklik olsun, bax bu irsi xəstəlikdir.

-Revmatik xəstəliklərin daha geniş vüsat aldığı müəyyən bir yaş qrupu varmı ki, məhz həmin yaşlarda daha çox təsadüf edilsin bu xəstəliyə?

Ən çox gənclərdə təsadüf edilir. Amma revmatizma hamıda ola bilər, hər yaşda. Bax qızım Osteoxandrozdu, limbaqodu. Onurğa fəqərələrinin sürüşməsidir, deformasiyasıdır, skalyozdu və s. 120 növünün hamısının səbəbi bu mikrobdu. Mikrob orqanizmdən təmizlənsə xəstəlik sağalır.

-Sizcə revmatizmin iqlim şəraiti ilə hər hansı bir əlaqəsi varmi? 

Nəm olan yerlərdə çox olur. Nəmliyi çox olan yerdə o svitakoklar çox olurlar və çox inkişaf edirlər. Umumiyyətlə günəş şüaları evə düşmürsə elə evdə nə mikrob desən tapmaq olar.

-Revmatizm zamanı ən çox zədə alan orqanizm hansıdır? 

Ən çox zədə alan orqan oynaqdır, əzələdir, bundan başqa ürəkdir. Ürəkdə qüsur yarana bilər, ürək qüsuru deyirlər buna. Ürəkdə qapaq çatışmamazlığı əmələ gələ bilər. Həkimə gedirsən deyir qanın qovulması normaldır, o normaldır, bu normaldır deməli hər şey qaydasındadır. Elə deyil, əgər qapaq qalınlaşıbsa, çəpər qalınlaşıbsa bunda revmatizm var yüzdə-yüz.

-Bu xəstəliyin tam müalicəsi mümkündürmü? 

Bəli, 100% müalicə olunan xəstəlikdir. Mən burdan xalqıma deyirəm, revmatik xəstəliklər tam müalicə olunandır. Amma nəzərə almaq lazımdır ki, bu qrip deyil ki, 2 günə sağalasan, bunun müalicəsi 3 ilə başa gəlir. Yəni bu streptekkok mikrobudu. Bu mikrob 3 ilə ölür.

-Eyni zamanda bir insanda revmatik xəstəliklərin bir neçə növünə rast gəlmək olarmı?

Xeyr, ola bilməz. Biz təyin edəndə nəyi təyin edirik? Revmatik faktoru. Bu normada 20-ə qədərdir. Ikincisi, C-reaktiv zülaldır. Bu oynaqda iltihabın olduğunu göstərir ki, həcmi 0,65 olmalıdır. ASO, bu olmalıdır 200-ə qədər. Məsələn, bir növünü deyək: Revmatik faktor çoxdur, 20 deyil, 40-dır. C-reaktiv zülal da çoxdur 1,2-dir. ASO da 400-dür. Digər növlərinin yaranması da ola bilər birinci normal olur, ikinci ve üçüncü artır. Ola bilər ikinci normal olar, birinci və üçüncü artar, elə ola bilər üçüncü normal olar birinci və ikinci artar, elə də ola bilər ki, üçü də normaya yaxın olur. Buna xroniki xəstəlik deyilir. Niyə? Çünki onun anginası kəsilib amma qanda mikrob qalıb.

-Revmatik xəstələr üçün xüsusi pəhriz növü varmı?

Revmatik xəstəlik böyrəyi, harda kapilar var onları zədələyir. Böyrəyi zədələdiyində böyrəkdə süzülmə yaxşı getmir, duzlar qalır. Bu strepkokkun vəzifəsi oynaqda olan qığırdağı yeməkdir. Bu xəstəliyin ən birinci düşməni duzdur, acıtmalı qidalardır, istiotdur ki, bunlarla qidalanmaq 3 il ərzində qəti olmaz.
Rəşid müəllim Pressaz.com saytının “Cəmiyyətdə biz” bölməsinə  son sözünüz ?
Təşəkkür edirəm. “Cəmiyyətdə biz” , bölmənin maraqlı adı var. Bilirsən qızım xalqın, cəmiyyətin sərvəti onun ziyalılarıdır. Hər bir ziyalı bu millətin inkişafına cavabdeh olmalıdır. Sizin bu bölmənizə uğurlar arzulayıram və kolletivinizə təşəkkür edirəm.
Rəşid müəllim dəvətimizi qəbul edib, bizə vaxt ayırdığınız üçün rəhbərlik və öz adımızdan sizə təşəkkür edirik. 

Zümrüd Cavid

 

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma