“El nə deyər”


sevgi_57fg

“Xəyal gücü bilgidən daha önəmlidir” (Albert Einstein). Bu aforizmə böyük önəm verirəm. İnsanlar örnəyini bildikləri və gördükləri ilə yaşamağı sevirlər. Örnəyi olmayanlar bəs? Mənə elə gəlir dahi insanların və həyatda düzgün seçim etməyi bacaran sadə insanların tək “sirr”i budur. Məsələn gəlin hələ də sirri açılmayan, mücərrəd anlamda olsa da insanlığın dünyasında böyük önəm kəsb edən “sevgi”dən danışaq: Sevgi bəlli bir örnəkdir. Lakin örnəyi olmayan sevgilər var. İnsanlar “sevgi”lərini örnəyi olan şəkildə yaşamağa üstünlük verirlər, istədikləri kimi yaşamağa deyil. Necə deyərlər “el nə deyər?”

Biz “yaşım keçir” deyə evlənirik, “vaxtı çatıb” deyə kimisə tanımağa çalışırıq, “böyükdür” deyib hər kəsə hörmət edirik. Bunu istədiyimiz üçün, buna layiq olduqları üçün deyil.

İndi gənclərimizdə: istər oğlanlar, istərsə də qızlar arasında belə bir düşüncə də formalaşıb- qızlarımız öz həyat yoldaşlarını seçərkən: qarşıma çıxan oğlan yaraşıqlı olsun, varlı olsun, təhsilli olsun, ağıllı olsun, mənə layiq olsun, mənə dəyər versin, qorusun, məni fikirləşsin, sadiq olsun və sair… Və bunları sadalayarkən əsla düşünmür, bəs mən buna layiqəmmi?… Eyni zamanda oğlanlarımız da; mənim sevəcəyim, evlənəcəyim qız gözəl olmalıdır, boyu belə, buxunu belə olmalıdır, tərbiyəli, ağıllı olmalıdır, hətta buraya yeni versiyalar da daxil edilib: təmiz olmalıdır, əli yad oğlan əlinə dəymiş olmamalıdır, öpülmüş olmamalıdır və sairə… Və yenə də düşünmürlər ki, bes mən bu qıza- belə təmiz, saf qıza layiqəm?… Heç kəs demir qoy evlənəcəyim qız və ya oğlan “mənim kimi olsun”, “mən ona, o da mənə layiq olsun”…

Tam qüsursuz insan yoxdur. Biz insanlar bəzən, ağıllı da ola bilərik, ağılsızlıq da edə bilərik, normal da, anormal da ola bilərik ( insanların münasibətinə görə) amma nəticədə bunların hamısı bir insan üçün normaldır. Bir insan tam ağıllı olmaq üçün  azca dəli də olmalıdır, tam savadlı olmaq üçün azca savadsız da olmalıdır. Heç vaxt eybəcərlik görməyən insan gözəlliyə can ata bilməz, atmaz… Bir məsəl var: “Üzü çirkin olan deyil, yoldaşının üzünün çirkin olduğunu görən üzünü yuyar.

Zümrüd Cavid

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma