İşi düşənin qardaşı


foto_8jgh

Cəzb edən ifadədir, kim deyibsə yaxşı deyib. Ataların bir məsəli var “daldan atılan daş topuğa dəyər”. Bəli boşuna deməyib atalarımız bu sözü. İndi bu sözümü oxuyub hamının yadına topuğunun ağrısı düşəcək. nə qədər daş dəyib hesablamaq istəyəcəklər. Hesablayanda yadlarına salacaqlar ki, “işi düşənlərin qardaşı” olduqları günlərdən tək qalan “topuqlarının ağrısıdı” bir də “ölmüş eşşəkləri”. İndi bu ağrı və ölu eşşəklə hara gedəsən. İşi düşənin qardaşı sən deyilsənsə. İşi düşənin qardaşina bir vaxtlar sən qardaş idin, indi “qara daş” olmusan dəymisən topuğuna, O da bunu görüb sənə deyir ki, “dostun köhnəsi qardaşın təzəsi”. Bəli elə beləcə də deyir. İşi düşənin qardaşı olmaq üçün gərəy ölən eşşəyi müalicə elətdirib, sağaldasan o da bizim həkimlərlə mümkün deyil. Çünki bizim həkimlər səni elə yolla müalicə eləyirlər ki, “eşşək palçığa batan ” kimi batdığın yerdəcə qalırsan.Məcbursan ki, evi-eşiyi satıb gedəsən xarici ölkələrin birinə ki, müalicə olunasan. Vətənə qayıdanda da sənə əl tutmaq yerinə “dirsəy” göstərirlər. Bir sözlə bizdə gərəy yıxılmayasan, batmayasan, gəminin kapitanı olsan da işi düşənin qardaşı olmayasan.  Yoxsa o gəmini elə batırarlar ki, “Titanikin gəmisi” də mat-məəttəl qalar.

Zümrüd Cavid

Advertisements

İşi düşənin qardaşı” üzərinə bir şərh

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma