“Ailə və müasir cəmiyyət”


Ailə sosial qrup olaraq, təşkilat şəklində fəaliyyət göstərir və bir sıra vəzifələri icra edir: təsərrüfat, məişət, tərbiyəvi, istehlak, idarəetmə və s. Ailə anlayışı cəmiyyətin uzun tarixi inkişaf prosesində formalaşaraq, bu gün qarşılıqlı hörmət, güzəşt, yardım, dostluq, mehribanlıq, sığınacaq, güvən, inam timsalı kimi qəbul etdiyimiz kiçik sosial qurumdur. Ailə hələ qədim ibtidai icma quruluşu dövründən mövcud olan bir anlayışdır. Hələ ibtidai insanlar yaşamaq və qida əldə etmək üçün toplum şəklində yaşamış və bu sonralar daha təkmil olan ailə munasibətlərinin yaranmasının təməli, ilkin rüşeymi olmuşdur. Ailə iki insanın birləşməsi, nigahı (qarşılıqlı razılıq) əsasında yaranır. Nigah nədir? Nigah əksər hallarda digər cinsə sevgi nəticəsində yaranan, ərilə arvadın münasibətlərini və onların qarşılıqlı öhdəliklərini hüquqi yolla rəsmiləşdirən müqavilədir.  Lakin bəzi hallarda sadəcə fizioloji təlabat, nəslin davamı üçün  və mülki münasibətlər zəmnində bağlanan nigahlar da az deyildir. Görkəmli filosof Hegel qeyd edirdi ki, “iki müxtəlif cinsin nümayəndəsi arasında nigah adlanan əlaqə sadəcə olaraq təbii heyvani əlaqə və hətta mülki müqavilə də deyildir. O hər şeydən əvvəl ər ilə arvadın ikisini bir şəxsə çevirərək qarşılıqlı sevgi və inam əsasında yaranan mənəvi ittifaqdır.”Azərbaycanda orta çağlarda ailə, ailə münasibətləri, atanin, ananın, övladın ailədə yeri və rolu haqqında biz mütəffəkkir şairlərimiz Nizaminin, Füzulinin əsərlərində çox dəyərli faktlarla qarşılaşırıq. Nizaminin “Leyli və Məcnun” poemasında o çağların ailə münasibətləri, qadının ailədə rolu, kişinin ailədə rolu, övladın və valideyinlərin öhdəsinə düşən vəzifələr çox açıq və rangarəng şəkildə  təsvir  edilmişdir. Ailə münasibətlərinə islamın təsirini, türk dünyasının möhtəşəm eposu sayılan “Kitabi Dədə-Qorqud” dastanınından öyrənirik. İslamda ailə nədir? İslamda ailə qurmaq, evlənmək hər bir şəxsə vacib buyurulmuşdur. Eyni zamanda Peyğəmbərimiz (s.a.v) buyurmuşdur ki, yalnız ailəni saxlamağı bacaranlar ailə qursunlar. Bundan başqa “Qurani-Kərimdə” iradəsi güclü olan insanlar əks cinsdən uzaq durub, yalniz Allaha ibadət etməklə məşğul olmaları mübah sayılır. Bu fikir “Qurani-Kərimdə” Hz. Yahyanın timsalında “qadınlardan uzaq duran” kimi qeyd edilmişdir. Ailədə qadının və kişinin rolu nədən ibarətdir? Bildiyimiz kimi ilk ailə qurumlarında matriarxat-anaxaqanlığı dövrü höküm sürmüşdür. Bu ilkin dövrlərdə ananın ailədə daha önəm kəsb etməsi, ailənin qorunması, qida və odun qorunmasının ananın vəzifəsi olması səbəbindən qaynaqlanmışdır. Sonralar  daha çox qida, daha çəx ərazi əldə etməklə yeni dövr patriarxat-ataxaqanlığı dövrü başlamışdır. Təbii ki, müasir dövrdə ailədə qadının və kişinin hüquq və vəzifələri bərabərdir. “Qurani-kərim”də qey edilir “ biz sizi cüt, cüt yaratdıq” (En Nebe 8). Burdan görünür ki, ailə iki insanın birləşməsi, öz tamlığını tapmasıdır. Bu eyni zamanda insanların öz tənhalıqlarının sevməklə aradan qaldırması kimi başa düşülməlidir. Təklik Allaha məxsusdur, insanlar ünsiyyət saxlamaq, kədərini, sevincini bölüşmək üçün mütləq digər insanlara möhtacdır. Bunun üçün ən münasib yer ailədir. Təsadüfi deyildir ki, insan sözü “üns” və “ünsiyyət” yəni “ülfət” və “dostluq” sozlərinin birləşməsindən yaranmışdır. Ailə həmçinin cəmiyyətin formalaşmasında mühüm rol oynayır və vacib əhəmiyyət kəsb edir. Qeyd, etdiyimiz kimi ailə kiçik sosial qurumdur və cəmiyyətin təməlini təşkil edir. Çünki, insan bildiyimiz kimi bioloji varlıq olaraq dünyaya gəlir və ilk öncə ailədə sonra isə cəmiyyətdə sosiallaşaraq sosial varlığa çevrilir. Ailə münasibətlərini bir çox elm sahələri tədqiq edir öyrənir. Bunlardan biri də sosiologiyadır ki, əsasən ailə, qadın və uşaq, ailənin sosial təminatı, qadınının cəmiyyətdə rolunun artırılması və s. bu kimi məsələləri öyrənir. Ailə həmçinin insanın fərd kimi dünyaya gəlib şəxsiyyət kimi formalaşdığı bir qurumdur ki, burada da ailə üzvlərinin, onlar arasındakı qarşılıqlı münasibıtlərin mühüm əhəmiyyəti vardır. Beləki, insanların psixoloji və psixososioloji xüsusiyyətləri, xarakteri məhz ailə şəraitində formalaşır. Ailədə ana və atanın öz övladlarına münasibətindən çox şey aslıdır. Boşuna deməyiblər ki, “uşaq ailənin güzgüsüdür”. Valideyinlər çalışmalıdırlar ki, övladlarına örnəy ola bilsinlər. Bəzən valideyinlər öz qoyduqları şərtləri və qaydaları özləri pozurlar. Bu isə uşaqlarda davranış pozğunluğuna gətirib çıxarır.

                                                                                                                                             Zümrüd Cavid

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma