“Sosial bəla – erkən nigahlar”


Bu gün hər kəsi düşündürən bir problemə toxunmaq istərdik.
Bu da bəzi bölgələrimizdə yeniyetmə qızlarımızın valideynləri tərəfindən təhsildən yayındırılaraq erkən nigahlara cəlb edilməsidir.

Özümün şahidi olduqlarımı yazım. “Bir müddət kənddə orta təhsil almışam. İlk vaxtlar yəni 7-ci sinifədək mən heç nəyin fərqində deyildim. Lakin sonradan elə hadisələrin şahidi oldum ki, hər şeyi bundan sonra dərk etməyə başladım. İlk vaxtlarda sinifde 30 uşaq idik.  Əksəriyyətimiz də qızlar idik.Hər birimiz dərslərə həvəsli idik ,ən çox da “o” və “mən”. Həmişə rəqabət aparar, qiymətlərimizi müqayisə edərdik, biz həm rəqib həm də gözəl dost idik.
……..İlk dərs günü idi. Hamımız məktəbin həyətində toplaşmışdıq, direktorun nitqinə qulaq asır səhvlərini tutub pıçıldaşırdıq. Hər kəs öz nitqini və tövsiyyələrini bitirdikdən sonra zəng vuruldu ve hər kəs sinif otaglarina yollandi. Sinif otağına girərkən çox qəribə halla qarşılaşdım, sinifdə sadəcə oğlan yoldaşlarım və mən var idim, məndən başqa digər qızlar nitqə qulaq asıb geri,  evə qayıtmışdılar. Həmin gün buna cox üzülmüşdüm . Sonrakı  günlərdə bir-iki qız dərsə gəlmişdi. Lakin bir aydan sonra onlar da dərsə gəlmədilər. Hər şeyə marağım itmişdi, heç dərslərə həvəs göstərmirdim, mənim üçün hər şey mənasını itirmişdi. Sinif yoldaşlarımın niyə dərsə gəlməməsinin səbəbi isə absurt idi. Mən bu haqda soruşduqda belə cavablar alırdım, belə də deyirdilər_” böyüyüblər, onların tək başına məktəbdə nə işi var?”, “onların artıq ərə gedən vaxtlarıdır” və s. sözlər…!
Bir il sonra onlar artıq böyümüşdü, amma mən hələ də 8-ci sinif şagirdi olaraq qalmışdim…Mənim bəxtim gətirmişdi ki, valideynlərim təhsilli idi və anlayırdılar ki, təhsil almaq oğlanlardan çox qızlara vacibdir. Lakin qeyd etydiyimiz belə dar düşüncəli valideynlər isə qızlarını təhsildən heç düşünmədən kənarda qoyurlar. Nə isə…. rəfiqəmi 8-ci sinifdə nişanladılar, yazda toyu oldu köçdü. Sonra mən təhsilimi Sumqayıt şəhərində davam etdirməli oldum. 11-ci sinifdə bəzi məsələlərə görə yenidən kəndimizə qayıtdım. Eşitdim ki, rəfiqəmin artıq uşağı var. Son zəng günü idi ,biz uşaqlarla Şəhidlər abidəsi yanından məktəbə üz qoyduq. Birincilər bizə gül-çiçək gətirmişdi. Məktəbə az qalmış bir bacanın qapısında bir qadın gördüm. Bizdən yaşca böyük görünürdü, qarnı burnunda idi, ətəyindən də 2-3 yaşlı körpə yapışmışdı. Gözləri dolmuşdu . Onu bu vəziyyətdə görmək içimi acıdırdı… Bu məqaləni oxuyan bir neçə kəslərimiz “burda nə var ki? ailə qurub, övlad dünyaya gətirib” deyənlərə_  “O” ikinci övladını dünyaya gətirərkən həyatını itirdi həm də ikinci korpəsini itirdi …İlk balası isə indi yetim böyüyür”…  Belə hadisələr,  hətta bundan da facievi faktlar yasanmaqdadır..Fikrimcə bu faciəvi talelərin başlıca günahkarı hələ də maariflənməkdən qaçmaqda davam edən cəmiyyətimizdir!

Zümrüd Cavid

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma