“Mədəniyyət təmizlikdən başlayır !”


zibil_1Biz niyə öz dünyamızı özümüz məhv edirik?!
Bu gün təbiətin,ekologiyanın çirklənməsindən söz açmaq istərdim. Biz bilirik ki, hələ qədim dövrlərdən ən təmiz və ən gigenik insanlar Şərqdə yaşayıb, yəni bizim əcdadlarmız təmizliyin insan sağlamlığı üçün nəqədər önəmli olmasını Qərbdə yaşayanlardan daha gözəl bilmiş və buna riayət etmişlər.

Bizə məlum olduğu kimi Qərb ilk dəfə yuyunmağı, təmiz geyimlər geyinməyi, yeməkdən öncə əl-üzlərini yumağı məhz orta əsrlərdə Şərqə doğru yönəlmiş Səlib yürüşləri zamanı öyrənmiş, tanış olmuş və bu mədəniyyəti özlər ilə Qərbə də aparmışlar.
Bu gün biz Qərb dövlətlərində küçələrin, şəhərlərin necə təmiz saxlanması, əhalinin təmizliyi təmin etmək üçün  qoyulmuş bütün qayda-qanunlara necə əməl etmələri haqqında ağız dolusu danlşmaqdan doymuruq. Lakin haqqlıyıq da. Çünki başqaları bizdən oğurlayır onun dəyərini qiymətini bilir, biz öz mədəniyyətimizi, bizdə olanları unudur və başqalarına həsəd aparırıq. Ən pisi də budur ki, buna adi əmək işçilərini qoyaq bir kənara heç ali məktəb tələbələri də riayət etmirlər. Belə ki, ali məktəb tələbəsi öz yediyinin, içdiyinin zibilini hər gün keçdiyi yola, oturub-durduğu yerə səpib sonra əl-ayağına dolaşdıra-dolaşdıra gəzirsə biz bunu daha kimdən gözləməliyik ki?!
Öz zibilini “ehhh onsuz süpürürlər də” deyib yerə tökən tələbələrə nə olar ki, siz öz evinizi, bacanızı çirkləndirmədiyiniz kimi özünüzün də gəzdiyi  ictimai yerləri də çirkləndirməkdən çəkinsəniz? Bir addım atıb zibil qabını istifadə etsəniz nə olar?
Gəlin təbiəti qoruyaq! Bizim yerə-göyə səpələdiyimiz hər bir zibil parçası bizim əcəlimiz olacaq silaha dönüb bir gün bizi vuracaq, yeni-yeni xəstəliklərin yaranmasına səbəb olacaq, hər şeydən əvvəl axı biz şüurlu insanlarıq. Hərkəs öz imkanı çatacaq qədər mövcud olan eybəcərliklərə qarşı mübarizə aparsa gör nə gözəl olar!
Hələ çeynədiyiniz saqqızları ətrafa ağzınızdan çıxarıb səpmənin mədəniyyətsizlik və etikadan kənar bir hal olmasında əlavə atdığınız saqqızları yem hesab edərək yeyən quşlar vardır ki, bu da onların boğazlarına, qıtlaqlarına yapışaraq onların ölməsinə səbəb olur. Hələ bu adi bir misaldı, biz düşünmədən etdiyimiz hər bir hərəkət başqalarına, təbiətə, fauna və floraya böyük zərər verə bilər.
Əziz dostlarım xahis edirəm bu sözlərimi nəzərə alın və bunu demək istəyirəm ki, hər bir kəs ətrafdakı eybəcərliklərə, qanunauyğunsuzluqlara qarşı əvvəl özündən sonra yoldaşlarından başlasa dünyamızı həmişə gözəl görə bilərik!!!….

zibil_1

Zümrüd Cavid

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma