İşə düzəlməyə gedib “işə düşdülər”


“İşə çağırdılar, yüksək əmək haqqı təklif etdilər. Bir həftə işlədim. Təcrübə və təlim keçmişik adı ilə məndən 10 azn məbləğində pul aldılar. Əmək müqaviləsi bağlamaq üçün isə 300 azn məbləğində pul istədilər”.

İşə düzəltmə agentliklərindən biri tərəfindən dolandırılan zərər çəkmiş belə dedi.

Günü-gündən sayı çoxalmaqda olan işə düzəltmə agenliklərindən zərər çəkənlərin sayı da çoxalır. İnsanların işsiz olmağından istifadə edən bəzi üzdən iraq agentliklər insanları “Sizi biz işə düzəldirik” şuarıyla cəlb edib sözün əsil mənasında “işə salırlar”. İş elalanları saytlarında yalan vakant yerləri yerləşdirir, işə görə müraciət edən insanları aldadaraq müəyyən məbləğdə pul alırlar. Bundan sonra bəziləri 5, bəziləri 10 gün müddətinə bizdən xəbər gözləyin deyərək insanları ümidləndirir. Bu 5-10 gün müddət bitdikdən sonra isə “sizə uyğun heç bir şirkətdə iş yoxdu” deyərək yola salırlar.

Hələ ad tapıb qoya bilmədiyim dırnaq arasında şirkətlər də var ki, nə işə düzəltmə agentlikləridir nə müəyyən sayda işçiləri olan, nə də dölət qeydiyyatında olan şirkət. Sözü gedən belə şirkətlər “varla yox arasında” olmaqlarına baxmayaraq şirkətdə vakant yerlər qeyri-məhdud saydadır. Əsasən “reception”, “operator”, “personal assistant”, “office manager”, “katibə-reception”, “referant” kateqoriyalarında vakant yerlər yerləşdirir və gənc, təcrübəsiz insanları işə dəvət edərək onlardan da eyni kateqoriyaya aid iş elanları yerləşdirərək yeni işçilərin cəlb edilməsi tələb olunur və bu sonsuz olaraq təkrarlanır. İndi sual verə bilərsiniz ki, bəs bu toplanan insanlar necə işlə təmin olunurlar? Bir gündə bir iş elanın adını 10-15 dəfə dəyişib saytlara yerləşdirir, bu elanlara aldanan insanlar müraciət etdik də yüksək əmək haqqı, karyera vəd olunur.Amma bir müddət keçdiydən sora hər şeyin yalan olduğunu və insanlardan pul qopartmaqçun əl atmadıqları yol qalmayan bu “şirkətlərin” iç üzü ortaya çıxır. Aldadıldığını və soyulduğunu bilən insanlar özləri işi tərk edir və onların yerinə aldatmağa yeni insanlar axtarılır ve beləcə də davam edir.

İnsanları aldadaraq istifadə edən, pullarını və zamanlarını əllərindən alan bu “şirkətciklər” və onları yönəldənlər görəsən özlərinə nə ad qoyurlar?!                                                                                                      is_gorusmesi_00     

Zümrüd Cavid

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma