“Az tanıdığımız böyük şəxsiyyətlərdən biri – Əli bəy Bəylərbəyov”


Əli bəy Bəylərbəyov (1894-1938)

Əli bəy Şakərim bəy oğlu Bəylərbəyov 1894-cü ildə Masallı rayonunun Xıl kəndində anadan olmuşdur. O, kənddə ibtidai təhsil aldıqdan sonra Lənkəran şəhərindəki təqribən orta təhsil həcmində təhsil verən rus məktəbinə -Gimnaziyaya daxil olaraq həmin məktəbi əla qiymətlərlə başa vurmuşdur.
Əli bəy Bəylərbəyov I dünya müharibəsində iştirak etmişdir. O, Ərzurum əməliyyatının hazırlanmasında şəxsən göstərdiyi xidmətlərə görə Ali baş komandan tərəfindən “Qızıl Qılıncla” mükafatlandırılmışdır. Birinci Dünya müharibəsi qurtardıqdan sonra o, görkəmli hərbi xadimlərdən: Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Çingiz İldırım və başqaları ilə birlikdə 1918-ci ildə Azərbaycan Demokratik Respublikasında mühüm sahələr üzrə hərbi vəzifələrinə cəlb edilmişdir.
O, Azərbaycan Respublikasının hərb Komissarı , sonralar Respublikada zabitlər hazırlayan məktəbin rəhbəri vəzifələrində işləmişdir.
Respublikada aparılan hərbi işlərdəki səmərəli fəaliyyətinə görə dövlət tərəfindən “Gümüş medal” la mükafatlandırılmışdır.
O, 15. 11. 1922-ci ildən 20. 2. 1924-cü ilə kimi Azəraycan Sovet Respublikasında Baş Milis İdarəsinin rəisi, ilk daxili işlər komissarı vəzifələrində işləmişdir.
Ona 1923-cü ildə yüksək və səmərəli fəaliyyət göstərdiyinə görə “General Mayor” rütbəsi verilmişdir.
M.C. Bağırov Azərbaycan I katibi Təyin olunandan sonra o, hərbi işlərdən uzaqlaşıb mülki işlərdə işləmək məqsədilə xüsusi bir ixtisas almaq arzusu ilə Azərbaycan Pedaqoji İnstitutunun Plan-iqtisad şöbəsinə daxil olur. Təhsil aldığı vaxtda Azərbaycan SSR Xalq Komissarlığı yanında plan iqtisadiyyat və statistika şöbəsinə rəhbər təyin olunur. Sonralar sənaye işləri üzrə dövlət plan  komitəsində şöbə müdiri və s. vəzifələrdə işləmişdir. Həmin illərdə öz xalqını sevən , xeyirxah bu insan doğulduğu kənddə yaraşıqlı və geniş həcimli orta məktəb tikilməsinə nail olmuşdur. Həmin Xıl tam orta məktəbi bu xeyirxah insanın adını daşıyır Bütün bu işlərin əvəzində 44 yaşında ikən 1937-ci ildə sentyabrın 19-da həbs edilmiş , SSRİ-nin hərbi kollegiyasının 02. 01. 1938-ci il qərarı ilə “Xalq düşməni” kimi mühakimə olunaraq güllələnmişdir.
Ölümündən sonra SSRİ ali məhkəməsinin 28. 11.1956-ci il qərarı ilə bəraət qazanmışdır.

eli1 eli2    

Zümrüd Cavid

Advertisements

“Az tanıdığımız böyük şəxsiyyətlərdən biri – Əli bəy Bəylərbəyov”” üzərinə 2 şərh

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma